Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə görüşlər bağlı fikirlərini açıqlayıb:
- Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, "Sumqayıt" mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə qazansanız da, sanki narazı idiniz. Hansı məqamlar sizi qane etmədi?
- Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.
- Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə alması psixoloji gərginlikdən irəli gəlir, yoxsa istəkdən?
- Hərəsindən bir az var. İstəklidir. Ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Torala uduzub deyəndə, bir tərəfdən yaxşı haldır. İki oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Vərəqələrə gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq.
- "Ludoqorets" haqda hansı fikirdəsiz?
- Canlı baxmışam oyunlarına. İki gün öncə onların matçında idim. Dünən gəlmişəm. 9 ildir arda-arda qruplarda oynayırlar. "Ludoqorets"in böyük təcrübəsi var. Çox bacarıqlı, fərdi ustalığı olan oyunçulara sahibdir. Çox sürətli oynayırlar, hücumu yaxşı tamamlayırlar. Ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu öz yerində, fərdi və təkbətək mübarizələrdə diqqətli oynamalıyıq. Bu, çox vacibdir. Əks-hücumların qarşısını almaq da vacibdir. Buna hazır olmalıyıq. Məşqçi də hiss olunur ki, çox tələb edir bu oyunu. Bir neçə kombinasiyaları var, bundan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc sərf edək. Taktiki mübarizə də gedə bilər. Çox hazır olmalıyıq.
- 5-6 il əvvəl "Ludoqorets"lə iki yoxlama matçı keçirmişdiz. İndiki və əvvəlki komanda arasında fərq var?
- Tam fərqlidir. Yoxlama oyunlarında nəticəyə önəm vermirəm. Yoxlama matçlarında komandanın gücünü bilirsən. Həmin oyunlarda səhvlər çox olur. Futbolçular optimal formadan uzaq olurlar. Fərqləndirmək çətin olardı. 5-6 il əvvəlki futbolla indiki də bir deyil. Təcrübə də böyük rol oynayır.
- Niyə məhz özünüz bu oyunu izləməyə getdiniz?
- Bu komandaya qarşı heç rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi ki, "Ludoqorets" 9 ildir qruplarda çıxış edir. Həm "Ludoqorets", həm də "Dinamo" (Minsk) yaxşı komandadır. Bolqarlar ilk oyunda "Dinamo"ya qalib gəlsə də, Belarus klubu aqressiv oynamışdı. "Ludoqorets"in gücünü daha yaxından görmək üçün ora getmək qərarı verdim.
- Azarkeşlər sizə qruplarla bağlı mesaj verdi. Gücünüz çatacaq?
- Gücümüz var. Şükür Allaha gücümüz həmişə olub. Hər il çalışırıq ki, daha yaxşı hazırlaşaq. Bu, futboldur. İstənilən nəticə ola bilər. Bizim kimi digər rəqiblər də hazırlaşırlar, bizim kimi ölkə klublarının da arzusudur ki, ÇL-də qruplarda iştirak etsinlər. Biz də istəklə işimizə davam edirik. Yaxşı nəticə üçün çalışırıq. Görək də, necə olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























