24 Iyun 2026, Çərşənbə
"Zirə" Tavareş Vieranı transfer etdi
“Kəpəz”də yeni baş məşqçi
Eltun Yaqublu "Zirə"yə qayıtdı
"Qarabağ" Avstriyaya yollandı

Ölkə futbolu

"Sabah" 6 qol buraxsa da, mərhələ adladı

"Sabah" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, matçın əsas vaxtı 2:5 hesabı ilə başa çatıb. İlk oyunda "Sabah" 3:0 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Burada da komandalar hərəyə 1 dəfə fərqləniblər. Ona görə də penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında "Sabah" "Makkabi"ni 3:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

"Sabah" 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn)  cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

1 avqust

"Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail) - 3:6 (Penaltilər seriyası - 3:2)

Qollar: Dolev Hazizia, 17 (0:1), Pavol Şafranko, 47 (1:1), Frantsdi Pyerro, 67 (1:2), Lorenko Simiç, 70 (1:3), Kahim Parris, 71 (2:3), Lior Rafaelov, 73 (2:4), Françdi Pierro, 90 (2:5), Coy-Lens Mikels, 103 (3:5), Dean David, 112 (3:6)

Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)

"Bank Respublika Arena".

İlk oyun - 3:0








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30