28 Iyun 2026, Bazar günü
"Qarabağ"dan böyükhesablı qələbə
Bir təyinata sözardı - QEYD
Andrade “Qarabağ”dan getdi
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur

Ölkə futbolu

Qriqorçuk: “O, komandamız üçün vacib fiqur olacaq”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun yeni transferi Andrey Ştoqrin haqqında danışıb.

Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis klubun saytına açıqlamasında həmyerlisinin “Neftçi” üçün vacib fiqur olacağına inandığını bildirib:

“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.

Qeyd edək ki, "Neftçi" 25 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. O, komandada 88 nömrəli formanı geyinəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30