Ölkə futbolu
Ayxan Abbasov: “Dövlətin qoyduğu qanundan kənara çıxa bimərik”
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun Futbolxeber.az saytına müsahibəsi
- “Şamaxı” artıq 2 yoxlama oyunu keçirib. Bu matçlarda komanda necə təsir bağışladı? Hansı müsbət və mənfi məqamları qeyd edə bilərsiniz?
- Bəli, artıq 2 oyun keçirmişik. Əlbəttə, yoldaşlıq matçları ilə çempionat görüşləri tam fərqlidir. Üstəlik, bu 2 qarşılaşmada futbolçular ağır yükləmələr fonunda oynayıblar, tam formada deyillər. Lakin istəkli olmaları bizi sevindirir, qane edir. Taktiki və fiziki cəhətdən çox artırmalıyıq. Təbii ki, müsbət olduğu kimi, mənfi məqamlar da var. Onları da oyundan oyuna aradan qaldırmağa çalışacağıq. Çünki bizi qarşıda çox gərgin çempionat gözləyir.
- Məlum məsələdir ki, mövsümün startında heç bir komanda 100 faiz hazır olmur. Necə düşünürsünüz, “Şamaxı” təxminən neçənci turda optimal formada olacaq?
- Təzə komandayıq. İndiki məqamda hansısa faizlə götürə bilmərik. Yeni gələn, komandaya gec qoşulan futbolçular turdan tura daha yaxşı vəziyyətə gələcəklər, daha optimal formaya düşəcəklər. Bunun üçün isə vaxt və oyunlar lazımdır.
- İlk turda “Sabah”la qarşılaşacaqsınız. Rəqibin 3 gün əvvəl avrokubok oyununun olması “Şamaxı” üçün cüzi üstünlük hesab edilə bilər?
- “Sabah” həmişə iddialı olub. Düzdür, bizdən 3 gün öncə Konfrans Liqasında oyunları var. Geniş heyətləri var. Odur ki, bizimlə oyunda rotasiya edə bilərlər. Üstəlik, müasir futbolda üç gündən bir oynamaq problem deyil. “Sabah”la evdə oynayacağıq. Yeganə üstünlüyümüz budur və çalışacağıq ki, bu üstünlükdən faydalanaq.
- Daha sonra “Araz-Naxçıvan”, “Qarabağ”, “Zirə” və “Neftçi” ilə qarşılaşacaqsınız. İlk 5 turda 4 iddialı rəqib. Bu 5 turda “Şamaxı” necə xal toplasa, sizi qane edər?
- Düz qeyd etdiniz, ilk 5 turda bizim üçün çox ağır komandalar düşdü. “Qarabağ”, “Zirə”, “Neftçi”, “Sabah” - hər biri medallara namizədlərdir. Üstəlik, “Araz-Naxçıvan” bu yay ən yaxşı transferlər edən komandalardandır. Komandamız düşünürəm ki, 3-4 turdan sonra ideal formada olacaq. Çalışacağıq ki, xal qazanaq. Buna ehtiyacımız var. Konkret neçə xal deyə bilmərəm. Amma qazanılan hər xal bizi qane edəcək. Xallarımızı bacardığımız qədər artırmalıyıq. Çünki bizi qarşıda gərgin mübarizə gözləyir.
- Transfer çalışmalarını artıq bitmiş hesab etmək olar? Yoxsa hələ də gücləndirmək istədiyiniz mövqelər var?
- Xeyr, transfer çalışmalarımız bitməyib. Hələ də boşluqlar, gücləndirmək istədiyimiz mövqelər var. Bunun üzərində işləyirik. Heç də asan deyil. Amma inanıram ki, inşallah yaxın zamanlarda bütün bu məsələləri yekunlaşdırmağa nail olacağıq.
- Yeni transferlərdən olan Lubeni Haukonqo ilə müqavilə ləğv edildi və bildirildi ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməyib. Konkretləşdirsək, problem nə idi? Nə üçün Haukonqoya Azərbaycanda yaşamaq üçün icazə verilmədi?
- O, miqrasiyadan keçə bilmədi. Bilirsiniz ki, Azərbaycanda yaşamağa görə icazə almaq üçün müəyyən testlərdən, analizlərdən keçməlisən. Haukonqonun səhhətində olan bəzi problemlər Azərbaycan qanunvericiliyində qəbul olunmur. Əsas səbəb bu idi. Biz də dövlətin qoyduğu qanundan kənara çıxa bimərik.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























