19 Aprel 2026, Bazar günü
"Qarabağ" "Sabah"a məğlub oldu
Millimiz Andorraya qalib gəldi
Füzuli Məmmədovdan qələbə şərhi
Nazirdən "Neftçi" paylaşımı

Ölkə futbolu

“Şerif”in baş məşqçisi: “Qələbə üçün çox güc sərf etdik”

“Çətin oyun oldu. Qələbə üçün çox güc sərf etdik. Penaltilər lotoreyadır. Bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” ilə cavab matçından sonra mətbuat konfransında deyib.
 
O, “Zirə”nin birinci hissədə azlıqda qalmasının oyuna təsir etdiyini bildirib: “Amma bir neçə epizodumuz var idi ki, onları dəyərləndirə bilmədik. Təəssüf ki, yenə də standart vəziyyətdən qapımızda qol gördük. İstənilən halda önəmli olan odur ki, Bakıdan qələbə ilə qayıdırıq”.
 
Ukraynalı mütəxəssis sabiq “Qəbələ”li Əyyub Allaşın ilk oyundan fərqli olaraq bu dəfə start heyətində yer almamasının səbəbini belə izah edib: “O, bizim bugünkü "coker"imiz idi. Allaş hələlik tam hazır deyil. Buna baxmayaraq, ikinci hissədə ona şans verdik”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30