6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Sumqayıt” Monteneqro millisinin hücumçusunu transfer etdi

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Futbolxeber.az saytının məlumatına görə, Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalanıb. Monteneqrolu hücumçu “Sumqayıt”da 9 nömrəli formada çıxış edəcək.

27 yaşlı futbolçu karyerasına “Radniçki Obrenovac”da başlayıb. Qısa müddət icarə əsasında “Rad”da çıxış etdikdən sonra Vuynoviç “Vilyarreal”a transfer olunub. 2015-2018-ci illəri La Liqa təmsilçisinin C komandasında (46 oyun, 9 qol) forma geyən monteneqrolu növbəti futbol ilini “Vilyarreal”in B komandasında (18 oyun, 3 qol) keçirsə də, əsas heyətə yüksələ bilməyib. Daha sonra o, “Podqoritsa”, “Vozdovac”, “Sportinq Kansas City” və “Qoritsa”da çıxış edib.

Monteneqronın U-17 (3 oyun, 1 qol), U-19 (6 oyun, 6 qol) və U-21 millilərinə (9 oyun) dəvət alan Vuynoviç 2020-ci ildə ölkəsinin əsas yığmasında debüt edib. Geridə qalan müddətdə “Sumqayıt”ın yeni transferi millidə 5 matçda 1 qol vurub.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində daha əvvəl Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31