2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov: “Komandam meydanda istədiyimi göstərə bildi”

“Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün Qızılcahamamda təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Orenburq”a klubuna 1:2 hesabı ilə uduzduqları yoxlama görüşünü belə şərh edib: “Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28