9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, reytinq klubların 2023-cü ilin 1 iyulundan 2024-cü ilin 30 iyununa qədər olan dövrdəki nəticələrinə əsasən hazırlanıb.

504 komandanın yer aldığı siyahıya 371 xalla “Real” başçılıq edir. “Mançester Siti” 2-ci (369 xal), “Bayer Leverkuzen” isə 3-cü yeri tutur (355 xal).

Azərbaycan reytinqdə 4 klubla təmsil olunur. “Qarabağ” sıralamada 39-cu yerə yüksəlib. Ağdam klubunun hesabında 191,25 xalı var. Qurban Qurbanovun komandası “Yuventus”, “Mançester Yunayted”, “Napoli” kimi klubları qabaqlayıb.

Azərbaycanın digər təmsilçilərinə gəlincə, “Zirə” 62,25 xalla 361-ci (+8), “Sabah” 60,75 xalla 379-cu (+9), “Neftçi” isə 59,25 xalla 397-ci (+6) yeri tutur.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31