4 Iyul 2026, Şənbə
“Qarabağ”dan bu yayın 7-ci transferi
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
Millimiz Lüksemburqa qalib gəldi
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu

Ölkə futbolu

"Qəbələ"dən 2 rəsmi müqavilə

Transfer işlərini davam etdirən “Qəbələ” daha iki futbolçunu heyətinə qatıb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, "Qəbələ" akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/2024 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Həmçinin "Qəbələ" Urfan İsmayılovu da heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.

Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənovu transfer edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31