11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Azərbaycan millisinin 2 oyununa hakim təyinatları açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, B Liqasının 1-ci qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla olacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
 
12 iyul
20:00. Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç (Xorvatiya)
"Liv Bona Dea Arena"
 
16 iyul
21:00. İsveçrə - Azərbaycan
Baş hakim: Miriama Boçkova (Slovakiya)
Olimpik De La Pontez stadionu
 
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31