7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ" Avstriyaya yollanacaq

"Qarabağ" klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyunun 18-də Bakıda məşqlərə start verəcək.
 
Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.
 
Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.
 
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30