Ölkə futbolu
Gedəni saxlamazlar
Ötən mövsüm başa çatdıqdan sonra Tərlan Əhmədovla qalmaqallı şəkildə yolların ayrılması “Kəpəz” adına bir səhv idisə, zaman göstərdi ki, komandanın Azər Məmmədova tapşırılması da ikinci yanlış idi. Çox keçmədən “Kəpəz” rəhbərliyi də bunu anladı və Azər Məmmədovla vidalaşdı. Həmin vaxt klub kənardan çox aciz görünürdü. Belə təəssürat yaranmışdı ki, kim gəlir-gəlsin, xeyri yoxdur, Gəncə təmsilçisi onsuz da sonuncu olacaq və Premyer Liqa ilə vidalaşacaq.
Lakin İlqar Nadirinin növbəti seçimi düzgün oldu. Komandanın Adil Şükürova tapşırılması batan gəminin xilası, Nadirinin vaxtında verdiyi doğru qərar idi. Şükürov ən qısa zamanda kollektivi toparlamağı bacardı. Gəncə təmsilçisi büdcəsinə və heyətinə görə geri qaldığı rəqiblərlə başabaş mübarizə aparır, hətta əksər hallarda onları üstələyirdi də. Eyni heyət, eyni şərait, eyni büdcə, amma nümayiş olunan futbol arasında yerlə göy qədər fərq var idi. Sanki Adil Şükürovun sehrli çubuğu var və o, qısa zamanda komandanı 180 dərəcə dəyişdi. “Kəpəz” rəqibin adından çəkinməyərək, istənilən komandaya qarşı hücum futbolu sərgiləməyə çalışırdı. Söhbət təkcə toplanan xallardan getmir. “Kəpəz” həm də futbol oynamağı bacardığını nümayiş etdirirdi. Özü də Premyer Liqanın ən aşağı büdcəsi və müvafiq olaraq ən zəif oyunçuları ilə.
Elə sərgilənən futbolun nəticəsidir ki, ilk dövrədə hamının aşkar autsayder gördüyü “Kəpəz” dördüncü dövrənin əvvəlində Premyer Liqada qalmağı təmin etdi. Gəncə təmsilçisinin uğurlu çıxışı, sərgilədiyi futbol ortaya 2 sual çıxarırdı: Adil Şükürov kimi bacarıqlı məşqçi nə üçün illərlə işsiz, daha dəqiq desək, Premyer Liqadan kənarda qalıb? Və İlqar Nadiri bu cür mütəxəssisi hər kəsin autsayder kimi gördüyü komandaya necə gətirə bilib, onu necə razı sala bilib?
Bu sualların cavabı qeyri-müəyyən olsa da (ən azı bizim üçün), dəqiq olan bir şey var – Adil Şükürov autsayder deyil, daha iddialı komandada çalışmağa layiqdir! 46 yaşlı mütəxəssisin bu baxımdan təcrübəsi var. Bilirik ki, 2015-ci ildə Şükürov “Zirə”yə Premyer Liqa tarixində ilk medalı (gümüş) qazandırıb. Təsadüfi deyil ki, mövsümün gedişində də dəfələrlə Adil bəy növbəti mövsüm daha iddialı komanda görmək istədiyini, bunun üçün “Kəpəz”in sponsora ehtiyac duyduğunu bildirib.
Düzdür, mövsüm yeni yekunlaşıb, amma görünən odur ki, Gəncə klubuna yeni mövsümdə də himayədarlıq edən olmayacaq. “Kəpəz” yenə dövlət tərəfindən ayrılan maliyyə yardımı ilə ayaqda qalmağa çalışacaq. 3-4 milyonla isə iddialı komanda qurmaq, 8-9-cu deyil, daha yuxarı pillələr uğrunda mübarizə aparmaq çətin, hətta deyərdik ki, qeyri-mümkündür. Lakin “Kəpəz”dən fərqli olaraq Şükürov yeni mövsümdə iddialı ola bilər.
Son günlər mətbuatda yer alan xəbərlərdən məlumdur ki, Şükürovun xidmətində “Turan Tovuz” maraqlıdır. Ayxan Abbasovla yollarını ayıran Tovuz təmsilçisi “Kəpəz”in çalışdırıcısı ilə anlaşmaq istəyir. Düzdür, son 2-3 gündə “Turan Tovuz”un əcnəbi mütəxəssislə, daha da konkretləşdirsək, sabiq “Qəbələ”li Roman Qriqorçukla danışıqlar apardığı barədə xəbərlər yayılmışdı. Lakin bildiyimiz qədəri ilə maliyyə deyil, başqa məsələdə problem çıxdığı üçün ukraynalı mütəxəssisin gəlişi baş tutmayıb. Belədə tovuzlular yenə əsas diqqəti Şükürova yönəldiblər. İndiki məqamda Şükürov - “Turan Tovuz” anlaşmasını əngəlləyə biləcək yeganə məsələ təcrübəli mütəxəssisin “Kəpəz”lə daha 2 illik müqaviləsinin olmasıdır. Buna görə 2 klub arasında anlaşma olmalı, “Kəpəz” Şükürovla vidalaşmağa razılaşmalıdır.
Ola bilər ki, Gəncə klubunun rəhbəri İlqar Nadiri Adil Şükürovu buraxmaq istəməsin, 46 yaşlı mütəxəssisi yenidən Premyer Liqaya qaytardığı üçün “Kəpəz” rəhbərliyi Şükürovla yola davam etmək istəsin. Amma gedəni saxlamazlar. Saxlamaq cəhdləri heç vaxt fayda verməyib, heç vaxt! Adil Şükürov son mövsümdəki işi ilə bir daha nəyə qadir olduğunu göstərdi. İndi Şükürov üçün iddialı komandada çalışmaq ehtimalı varsa, bunun qarşısını almaq düzgün çıxmaz. İlqar Nadiri isə unikal şans əldə edər. Futbol cameəsində onun idarəetmə bacarığının aşağı olduğunu iddia edən kifayət qədər insan var. Adil bəyi komandaya dəvət etməsinin də təsadüfən uğurlu seçim olduğunu iddia edən az deyil. Nadiri indi "bir güllə ilə iki dovşan vura bilər":
1) daha bir yeni Şükürov kəşf etməklə həm "Kəpəz"ə, həm də Azərbaycan futboluna xidmət göstərər;
2) "mən bacarıqlı menecerəm və baş məşqçi seçimində xüsusi istedad sahibiyəm" iddiasını sübut etməklə. Yetər ki, "doqquzluğa" daha bir sərrast zərbə etdirsin. Axı, gəncəlilər "naoborot, kızışıyor"...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
04.11.2026
03.11.2026
























