Ölkə futbolu
"Qarabağ" ÇL-də mübarizəyə II mərhələdən başlayacaq
Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2024/25 mövsümündə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Futbolxeber.az saytının məlumatına görə, bu, "Real"ın ötən gecə ÇL-in 2023/24 mövsümünün qalibi olması ilə dəqiqləşib. Madrid klubu finalda Dortmund "Borussiya"sına qalib gəlib və tarixində 15-ci dəfə ÇL kubokuna sahib çıxıb.
Çempionlar Liqasının qalibi növbəti mövsümdə də Çempionlar Liqasının əsas mərhələsində vəsiqə almaq hüququnu saxlayır. Bununla belə, cari mövsüm İspaniya çempionu olan "Real" artıq 36 iştirakçı arasında yerini təmin edib. "Real" ÇL-in qalibi olduğu üçün onların yerini təsnifat mərhələsindən komanda tutmalıdır. Bu məqamda isə UEFA yenilik tətbiq edib. Bundan sonra növbəti tura yüksəlməyə ölkənin reytinqi deyil, konkret klubun reytinqi təsir edəcək. Çempionlar Liqasının qalibinin yerini seçmə mərhələnin iştirakçısı olan ən yüksək reytinqə malik klub tutacaq.
Bu halda həmin vəsiqəyə 63,000 xal əmsalı ilə ən yüksək reytinqə malik Donetsk “Şaxtyor”u (Ukrayna çempionu) sahib olur. "Şaxtyor" yarışa pley-off mərhələsindən - sonuncu 4-cü təsnifat mərhələsindən başlamalı idi.
"Şaxtyor”un pley-off mərhələsindəki yerini 2-ci təsnifat mərhələsinin ən yaxşı komandası tutacaq. Niyə 3-cü yox, 2-ci? Ona görə ki, Çempionlar Liqasının 2024/25 mövsümündə 3-cü təsnifat mərhələsindən başlayan komandalar yoxdur. Beləliklə, “Şaxtyor”un əvəzinə “Kopenhagen” (reytinq – 51,500) Danimarka çempionu olacağı təqdirdə "pley-off"da çıxış edəcək. Əgər belə olmasa, Xorvatiya çempionu Zaqreb "Dinamo"su (50,000) "pley-off"da oynayacaq.
Bundan sonra 2-ci təsnifat mərhələsində 8 komanda qalacaq. Lakin bu, həmin mərhələ üçün kifayət deyil. Ona görə də seçmə mərhələdə hər şeyin tamamlanması üçün 1-ci mərhələdən iki komanda lazımdır. Burada ən yaxşı reytinq Macarıstanın "Ferensvaroş" (35,000) və Azərbaycanın "Qarabağ" klubuna (33,000) məxsusdur. "Real" qalib gəldiyi üçün məhz bu iki klub 2-ci tura yüksələcək.
Beləliklə, 2024/25 mövsümündə 1-ci təsnifat mərhələsində (30 əvəzinə) 28 komanda çıxış edəcək. “Qarabağ” da daxil olmaqla 10 komandanın mübarizəyə başlayacağı 2-ci tura 14 klub qoşulacaq. Yekunda 12 klub 3-cü mərhələyə, sonra 6 klub "pley-off"a yüksələcək. "Pley-off"da onları daha 4 komanda gözləyəcək. Nəticədə təsnifat mərhələsi yolu ilə Çempionlar Liqasının əsas mərhələsinə 5 komanda vəsiqə qazanacaq.
2-ci təsnifat mərhələsinin ilk oyunları 23-24 iyul tarixlərində,cavab görüşləri isə 30-31 iyul tarixlərində keçiriləcək. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq.
Turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq klublar: "Qarabağ" (Azərbaycan), "Ferensvaroş" (Macarıstan), PAOK (Yunanıstan), “Bodo Qlimt” (Norveç), “Midtulland” (Danimarka), “Malmö” (İsveç), “Sparta” (Çexiya), APOEL (Kipr), “Makkabi” (Təl-Əviv, İsrail), “Yagelloniya” (Polşa).
Turnirə 1-ci təsnifat mərhələsindən başlayacaq komandalar: "Slovan" (Slovakiya), “Lüdoqorets” (Bolqarıstan), HİK (Finlandiya), "Flora" (Estoniya), "Styaua" (Rumıniya), "Klaksvik" (Farer adaları), "Şemrok Rovers" (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), RFS (Latviya), “Petrokub” (Moldova), “Balkani” (Kosovo), “Pünik” (Ermənistan), "Dinamo" (Batumi, Gürcüstan), "Selye" (Sloveniya), "Hamrun" (Malta), "Larne" (Şimali İrlandiya), "Dinamo" (Minsk, Belarus), "Panevejis" (Litva), "Ordabası" (Qazaxıstan), "Vikinqur" (İslandiya), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksemburq), “Deçiç” (Monteneqro), “Santa Koloma” (Andorra), "Virtus" (San-Marino), “Borats” (Bosniya və Herseqovina) və “Eqnatiya” (Albaniya).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
10:28
Braziliya - Mərakeş matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Türkiyə Avstraliyaya məğlub oldu
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
-
13:47
"Şəfa"da yeni müqavilə
-
13:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:26
Montella: “Komandada həyəcan var”
-
11:05
“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
10:32
"Neftçi"nin futbolçusunun toyu oldu VİDEO
-
10:13
ABŞ - Paraqvay matçında 5 qol VİDEO
-
09:48
96 illik həsrətin sonu
-
07:20
DÇ-2026: ABŞ millisindən əla start
-
01:51
DÇ-2026: Kone ən yaxşı seçildi
-
01:34
Kanada millisinin baş məşqçisi: "Aqressiv oynamırdıq"
-
01:19
Kanada millisindən tarixi nəticə
-
00:57
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
-
21:56
“Yuventus” sabiq müdafiəçisini geri qaytarmaq istəyir
-
20:27
Onana “Mançester Yunayted”də qalacaq
-
20:00
DÇ-2026: Türkiyə ilə oyundan əvvəl yeni müqavilə
-
19:11
Qusarın icra başçısı Füzuli Məmmədov və köməkçilərini qəbul etdi
-
18:38
“Turan Tovuz”la bağlı 11 klub CAS-a müraciət etdi
-
18:09
Klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edilib
-
17:54
Fransa klubunda 33 yaşlı baş məşqçi
-
17:42
Sergey Yuranın yeni iş yeri müəyyənləşdi
-
17:23
“Real” italiyalı futbolçu ilə danışıqlara başladı
-
16:35
“Roma”nın yarımmüdafiəçisi “Arsenal”ın hədəfində
-
16:17
"Gəncə" serb legionerlə gücləndi
-
16:00
Azərbaycan kanoeçisi Avropa çempionu olub
-
15:41
“Qəbələ”nin yetirməsi “Şahdağ Qusar”da
-
15:28
“Karvan-Yevlax” daha bir legionerlə vidalaşdı
-
14:52
“O, “Real”a heç 500 milyona avroya da getməyəcək”
-
14:16
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
-
13:34
DÇ-2026-da faciə: alman azarkeş vəfat etdi
-
13:09
Şahin Diniyev: “Cənubi Koreya Meksikadan daha baxımlı oyun sərgilədi”
-
12:43
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq
-
12:15
“Şəfa”dan növbəti transfer
-
11:50
Bu “lənət” Argentinanın dünya çempionluğuna imkan verməyəcək
-
11:27
Cənubi Koreya millisi “ənənə”ni davam etdirdi
-
10:31
Oblak karyerasını İtaliyada davam etdirə bilər
-
09:48
Cənubi Koreya – Çexiya VİDEO
-
08:12
Cənubi Koreya - Çexiya matçının ən yaxşısı o seçildi
-
07:56
DÇ-2026: Cənubi Koreya millisindən əzmkar qələbə
-
01:24
Dünya çempionatları tarixində 6-cı ən gənc futbolçu oldu
-
01:03
DÇ-2026 start götürdü: 2 qol, 3 qırmızı vərəqə, Meksikanın qələbəsi
-
00:19
DÇ-2026: İlk qırmızı vərəqə göstərildi
-
23:58
Klublara lisenziyalar təqdim olunub
14.06.2026
13.06.2026
12.06.2026
11.06.2026























