Ölkə futbolu
Ayxan Abbasov: "Bizdə fitnes zalı kiçik olur, yeməkxana böyük"
"Xal qazanmaq istəyirdik. Buna köklənmişdik. İlk hissədə qol epizodlarından yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq. Buraxdığımız qollara üzülürəm. Çatışmayan cəhət asan qollar buraxmağımızdır. Çox da qol vurmuşuq. Son oyunda azarkeşlərimizi sevindirməliyik. Son 4 tura qədər avrokubok mübarizəsi apardıq. Növbəti mövsüm üçün hazırlaşacağıq. İlk “6-lıq” uğrunda mübarizə aparırıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 35-ci turunda "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Daha sonra o, jurnalisltərin suallarını cavablandırıb:
- Media tribunasından da, təkrardan da 4-cü qoldan öncə cərimə olduğu görünürdü. Siz olduğunuz yerdən də qayda pozuntusu görünürdü?
- Oyundan sonra hakimlikdən danışıqda deyirlər məşqçi bəhanə axtarır. Hakimdən soruşuram, deyir Beladjinin top əlinə dəyib. Ondan əvvəl də epizod var idi. O qayda pozuntusundan sonra qol buraxmağımız pis oldu. II dövrədə hakimliyə görə çox xallar itirmişik. Böyümək üçün bunu da keçməliyik.
- Bu mövsüm hakimlikdən kifayət qədər şikayət olub. Sizcə, bacarıqları budur, yoxsa hakimlər kimlərə işləyir?
- Kiməsə işləmək fikri mən tərəfdən ağır olar. Amma görsənən odur ki, bu yükü daşıya bilmirlər. Hamıya aid deyil, yaxşı hakimlərimiz var. Onlar da inkişaf etməlidir. Yükü daşıya biləcək hakimlər azdır. Çempionatda klub sayının artırılmamasının bir səbəb də hakim çatışmazlığı olub.
- Mövsümün sonuna 1 tur qalıb. Artıq özlüyünüzdə neçə nəfəri göndərəcəyinizin müəyyənləşdirmisiniz?
- Ötən mövsümdən dəyişiklik edirik. Keçən il hansı situasiyalardan keçdik, klub daxilindəkilər bilər. Ötən il orta sıralarda olduq. Bu il də belə idi. Bu futbolçularla yaxşı oyunlar keçirdik. Əksiklərimiz oldu. Bundan dərs götürdük. Böyük klub qurmaq istəyirik. Buna görə də düzgün seleksiya olmalıdır. Çalışacağıq 5-6 oyunçu transfer edək. Sonda fikirləşəcəm kimin gedəcəyin. Bu gün bir futbolçu var idi ki, fikrimi müsbət yöndə dəyişdi. Amma gedən və gələnlər olacaq.
- Fərid Yusifli, Xəyal Nəcəfov və İsmayıl Zülfüqarlı yeni mövsümdə müqavilə ilə məxsus olduqları "Neftçi"yə qayıdacaqlar, yoxsa onları növbəti mövsümdə də sizin sərəncamınızda görəcəyik?
- Bu, bizi düşündürən məsələdir. Yerli futbolçu qıtlığı var. Yerli futbolçu baxımından digər klublara uduzuruq. Həmin rəqabəti udmaq üçün gərək 3-4 il medalçılar sırasına düşək. Fəridin istedadı var. Amma zədəsi imkan vermədi. İsmayıl da bu gün xəstə idi. Onları komandada istəyirik. “Neftçi” ilə danışıqlar aparacağıq. Gələcəkdə öz yetirməmizin olmasını istərdim.
- Niderlandda görüdüklərinizi Tovuzda, Azərbaycanda tətbiq etməyə nə qədər hazırıq?
- Orada hər klubun öz fəlsəfəsi var. Ondan kənara çıxmırlar. Əsas məqsədləri yetirmələrinin A komandada olmasıdır. Çalışırlar ki, akademiyadakı uşaqlar üzə çıxsın. Bizdə akademiyada oynayan uşaqlar nə qədər əsas komandaya çıxır? Bizim əsas meydança probemimiz var. Tək “Qəbələ”nin stadionları var. Biz isə bir stadionla keçinirik.
- De Souza sanki əvvəlki kimi çıxış etmir. Razısınız bu fikirlə? Razısınızsa, bu, nədən irəli gəlir?
- O cavandır. 3 qol vurduqdan sonra onu çox böyütdük. Bəlkə də “Qarabağ” adının yükü ona oynamağa imkan vermədi. O bu gün komandamız üçün böyük oyunçudur.
- Komandanızın avrokuboklara vəsiqə qazanması üçün nə mane oldu?
- Bizim avrokuboklara düşə bilməməyimiz faciə deyil. 3 illik məqsəd daha iddialı olmaq idi. İlk növbədə özünüz günahkarıq. Daha sonra hakim səhvləri. Bundan başqa bəzi oyunlarda kritik xal itkiləri baş verdi. Zədələr bizə mane oldu. Təcrübəmiz çatmadı. Geniş heyətimiz olmalıdır. Keçən ilkindən yaxşıyıq. Demək ki, düz yoldayıq. Geniş danışmaq olar. Bu gün bizdən də təcrübəli, büdcəli klublar çətinlik çəkir. Kim deyə bilərdi ki, “Qəbələ” çempionatı tərk edəcək? Biz istəyirik ki, Premyer Liqada qalaq. Vaxt lazımdır. Bizə işləmir deyənlər qərəzlidir. Özünən güvənən gəlsin sübut eləsin ki, iş yoxdur, ondan sonra məşqçiliyi buraxacam.
- Ehtiramlı Quliyev bildirmişdi ki, Tovuz stadionunun ot örtüyünün təbii ilə əvəzlənməsi üçün AFFA-nın dəstəyinə ehtiyac var. Lakin assosiasiya maliyyə çatışmazlığını əsas gətirərək bundan imtina etdi. Bildiyimiz qədər Gəncə akademiyasında 2 təbii ot örtüklü meydançanın salınması üçün 3 milyon vəsait xərclənib. Necə olur, "Kəpəz"Ə pul tapılır "Turan Tovuz"a yox?
- Gəncənin akademiyası və məşq bazası yaxşıdır. Bizdə ilk iş idi deyə ola bilər tam ideal alınmadı. Biz bazalarda daha çox gözəlliyə önəm veririk. Məsələn, fitnes zalı kiçik olur, yeməkxana böyük. Halbuki ən vacib fitnes zalıdır. Biz fitnes zalını kiçik, yeməkxananı isə böyük edirik. Gəncənin bazası Tovuzda olsa, 5 ildən sonra milliyə yaxşı oyunçular verəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
19:00
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
14.11.2026
13.11.2026
12.11.2026
























