28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər

AFFA rəsmiləri Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə keçirilən “Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyera yolu” mövzusunda seminarda iştirak edirlər.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirə qurumun Kütləvi Futbol Departamentinin rəhbəri Farrux İsmayılov, Futbolda Sosial Məsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı qatılıblar.
 
Mayın 16-da başa çatacaq seminarda Azərbaycanla yanaşı, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan, Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukrayna təmsilçiləri də iştirak edir.
 
Toplantıda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digər mövzular haqqında müzakirələr aparılır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31