7 Iyul 2026, Çərşənbə axşamı
PFL Xəyal Əliyevi mükafatlandırdı
“Neftçi”nin oyununda dava
"Kəpəz" Paçu ilə yolları ayırdı
DÇ-2026: 1/4 finalın 3 cütü məlumdur

Ölkə futbolu

Roi Kehat: “Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu”

“Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu. Buna görə çox sevinirəm”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri dünən 32 yaşı tamam olan “Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehat deyib.

Ad günündə qələbə sevinci yaşayan israilli yarımmüdafiəçi “Səbail”ə qarşı keçirilən görüşün çətin alındığını bildirib: “Səbail” çox yaxşı komandadır. Heyətlərində bacarıqlı futbolçular cəmləşib. Lakin biz ən yaxşı oyunlarımızdan birini sərgilədik. Turnir cədvəli baxımıdan 3 xal bizim üçün çox vacib idi. Şadam ki, bunu bacardıq, istəyimizə çatdıq”.

O, sona 2 tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşmalarına belə münasibət bildirib: “Bəli, hazırda ikinci pillədəyik. Lakin komandalar arasında xal fərqi çox azdır. İndidən finişi düşünmürük. Yalnız növbəti matç barədə fikirləşməliyik. Çünki hər an vəziyyət dəyişə bilər”.

R.Kehat növbəti turda qarşılaşacaqlarını “Sabah”la matçdan da söz açıb: “Mövsümün sonuna cəmi 2 oyun qalıb. Artıq hər qarşılaşma finala bərabərdir. “Sabah”la səfərdə oynayacağıq. Bu komanda haqqında çox danışmağa ehtiyac yoxdur. “Sabah”ın güclü olduğu məlum məsələdir. Bununla elə, bizim də məqsədimiz 3 xaldır. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31