Ölkə futbolu
Samir Abasov: “Futbolçular udmaq üçün belə elirsə, onları da qınaya bilmərəm”
"Futbolçularımı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epzidolarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuz oyundan sonra oyunun üzərində çox dayanmağı xoşlamıram. Rəqibi təbrik edirəm. "Kəpəz"lə oyunda üzərində çox dayanacaq səhvlərimiz də yox idi. Həmin matçdan cəmi 3 epizodu kəsib uşaqlara göstərmişdim. Pis deyildi, bizim problemi bilirəm. "Turan Tovuz"la görüşdə də qələbə qazana bilməməyimizin səbəbini bilirəm. Sadəcə bunu açıqlaya bilmərəm. Rəqiblərə material vermiş olaram. Amma özüm bilirəm. O da komandanın içində baş verən problem deyil. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. "Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Uduzsaydıq, ondan yaxşı tərəfəini çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm. Yeni sezon üçün stabil komanda fikrindəyəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunun "Səbail"lə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Masaki Murataya oyundan sonra hansı epizodu izah edirdiniz?
- Oyuna baş məşqçi tapşırıqları ilə çıxırsan. Futbolçunu inkişaf edən məqam, rəqib təzyiq göstərəndə, orada verdiyin qərarlardır. Rahat olan vaxtı edirsənsə, təzyiq olanda niyə etmirsən? Bir-iki məsələni ona başa salırdım. Bir az əsəbi formada idi. Bir-iki oyunda sakit başala salırsan, birində də belə etmək lazımdır. Futbolda normal şeylərdir.
- Vüqar Mustafayevin durumu nə yerdədir?
- Xeyr, hazır deyil. O, komanda ilə yavaş-yavaş məşq edir. 4-5 məşq edib, amma onlarda da Vüqarı qorumağa çalışmışıq. Hələ ona xeyli vaxt lazımdır.
- Şahin Diniyev "Sumqayıt"ın vaxtı uzatması ilə bağlı narazılıq edirdi. Hətta ilk yarıda bununla bağlı sizə səsləndi...
- Onu eşitmədim. Şahin müəllim nə desə, mənim üçün qəbuldur. Futbolçular udmaq üçün belə elirsə, onları da qınaya bilmərəm. Amma futbolçulara sırf nəyisə demirik ki. Məsələn, Mehdi Cənətov topu çıxarmağa belə gedirsə, yemək yeməyə də eyni cür gedir. Bu, onun təbiətidir. Şahin Diniyev deyirsə, görübsə, üzrlü hesab etsin.
- Futbolçularınız son nöqtəni qoymaqda çətinlik çəkirlər. Bu nə ilə bağlıdır?
- Səbəblər müxtəlifdir. Həmin vəziyyətdə onlar nə hiss edirlər... Mənim üçün nəsə demək çətindir. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidir. Rahat oynayıb, udurduq. Nə deyim. Həmin epizodlardan 1-2-ni də vursaydıq, mən də rahat oturardım yerimdə.
- İkinci yeri tutub avrokuboklara getsəniz, komandanın özəyini qura biləcəksiniz?
- Bu, bir il içərisində olan proses deyil. Bu qədər legionerimiz var və hamısı yüksək səviyyədədir, deyə bilmərik. Seçilirlər, yerlilər gəlir, digərləri gəlir. Bir komandanın formalaşması üçün uzun müddət lazımdır. Xaricdə baş məşqçilərlə müqavilə imzalayanda 3-4 imzalayırlar və deyir ki, 4 ildən sonra bunları edə bilərəm. Biz bunu öyrənməliyik. Bu il nə oldu ki, çıxaq avrokuboklara orada qruplara düşək? Bu gün "Səbail" təzyiq etdi, öz oyunumuzdan çıxdıq. Bu qədər təzyiqləri nə qədər yaşamalıyıq ki, mən də baş məşqçi kimi sezməliyəm ki, hansı futbolçu belə durumda özünü rahat hiss edəcəklər. Ondan sonra komanda belə-belə formalaşmalıdır. Hər uduzduğumuz oyundan nəticə çıxaracağıq. Udduğumuz oyun da bizə xoş motivasiya olacaq.
- "Sumqayıt"da qalaraq Qurban Qurbanovun "Qarabağ"da etdiyinini ən azından 1/3-ni etmək fikriniz var?
- O da yalnış düşüncədir. Çünki tək baş məşqçiyə aid olmayan məsələdir. Mən bayaq onurğadan danışdım. Bu gün "Sumqayıt"ın futbolçuları digər pullu komandalar üçün yemdir. Yaxşı mənada. Əgər mən istədiyim oyunçunu saxlaya bilməyəcəmsə, hansı onurğadan söhbət gedə bilər? Əfsuslar olsun, üzücü məqam odur ki, hər şeyi baş məşqçi etməlidir. Mən tək olaraq bu işi bacarmaram. Nəinki mən, heç kim bacarmaz. Azərbaycanda bizim üçün "Qarabağ" örnəkdir. Digər ölkələrdə də belə örnək var. Amma uzağa getmək lazım deyil, "Qarabağ" bizim üçün əsl örnəkdir. Lakin tək etmək olmur. Klub da tək prezidentdən asılı olan məsələ deyil. Ən ideal şərait "Sumqayıt"dadır, bunu etmək olar.
- Son vaxtlar indiki və əvvəlki millidən hansının güclü olması müzakirə edilir. Maraqlıdır, siz necə düşünürsünüz?
- Bu söhbət uzanar, gərək burada çox oturaq. Bu məsələ ilə bağlı sizə şəxsən müsahibə verə bilərəm. Kiminlə oturub danışmışam, indiki millidəkilərin hamısı məndən yaxşı futbolçulardır. İndiki oradakı dayaq yarımmüdafiəçiləri bizim vaxtı oynaya bilərdilər? Bu, artıq sualdır. O qədər qaçmaq, o qədər mübarizə aparmaq. Belə suallar var. Ən yaxşı qapıçı Kamran Ağayevi, sağ müdafiəçi Mahir Şükürov, mərkəz müdafiəçisi Rəşad Sadıqovu deyirlər. Mənim üçün ən güclü dayaq yarımmüdafiəçisi Emin Quliyev olub. Zaur Ramazanov, Zaur Tağızadə, Mahmud Qurbanov, Samir Əliyev kimi futbolçularımız var. Belə baxırsan, ən çoxu bizim futbolçu nəslindən seçilir. Bilmirəm necə və nə ilə indikini müqayisə edirik? Bizə o vaxtı aşılanan o zaman deyirdiz e, "qorxaq futbol". O vaxtları biz ömür boyu müdafiədə oturmalıydıq.
- Berti Foqtsun dövründə...
- Berti Foqtsdan əvvəl də elə idi. Az qol buraxırdıq və o, bizim üçün artıq nəticə idi. Biz də futbolçular olaraq köklənirdik ki, nə badə bizə qol vursunlar. İllər keçdi, internet dövrüdür, gördük ki, biz də oynaya bilərik. Heç kim inciməsin, özümü çıxıram, mənim dövrümdə olan və bayaq adını çəkdiyim futbolçular indiki millidə "top" səviyyədə olardılar. İndiklər bu ruhla bizim millidə olardılar, bu da sualdır.
- Renat Dadaşov, yoxsa Vaqif Cavadov?
- Branimir Subaşiç, Samir Əliyev, Zaur Ramazanov, Vaqif Cavadov, Fərrux İsmayılov ondan sonra Renat Dadaşov.
- AFFA-dakı seçkilərdən sonra futbolumuzda inkişaf edəcəyinə düşünürsünüz?
- Uğursuz gedən komandaya yeni baş məşqçi gətirirsənsə, orada həmən nəsə sezilir. Yaxşılığa doğru. Rəhbərlik və oyunçular da canlanır. Bu da 100 faiz nələrsə olacaq. Sizi nə qədər qane edəcək, bunu zaman göstərəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























