3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

Amildən 50-ci qol

Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, onun yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib.

“Kəpəz”in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.

Bu, Yunanovun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amilin Premyer Liqada ilk qolu 2011/12 mövsümünə təsadüf edib. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb - 1:0 (pfl.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31