Ölkə futbolu
Ayxan Abbasov: “İki tərəfin də narazı qaldığı epizodlar oldu”
Azərbaycan Premyer Liqasının 21-ci turunun "Sabah" - "Turan Tovuz" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib:
“Çətin oyun idi. Rəqibdə məşqçi gedişindən sonra komanda daha aqressiv oynayır. Hesabı da açdıq, lakin sonra rəqib standart vəziyyətdən fərqləndi. Fasilədən sonra qol epizodları az oldu, meydanda taktiki savaş gedirdi. Heyətdə itkilərimiz də var idi. Yekunda 1 xal qazandıq. Yolumuza davam edirik. Çempionat bundan sonra daha çətin olacaq. Artıq hər xal çox vacib olacaq”.
- 70-ci dəqiqədən sonra meydanda daha yaxşı olan tərəf siz idiniz...
- Xəyalla Fəridi meydana buraxıb, ortada topu saxlamaq istədik. Bundan sonra topa daha çox sahib olan biz idik. Oyunun sonlarında futbolçular yorulur. Cinahlarda Denis və Faiq hücuma daha yaxşı qoşula bilərdi.
- Əvvəlki oyunlarda burda inamlı qələbə qazanmışdınız. Bu dəfə nə çatmadı?
- Qol. Hücumda istədiyimiz effekti tam ala bilmədik.
- Murad Musayev olsaydı, oyun fərqli olardı?
- Demək çətindir. Bu gün onun komandası görünürdü. Oyun planında ciddi dəyişiklik görmədim. Futbolçu dəyişikliyi var idi, Marqarita və Parris əsas heyətdə başlamışdı. Başqa böyük dəyişiklik yox idi.
- Komandanın bu mövsüm üçün potensialı nəyə qadirdir?
- Mübarizə aparacağıq. Bu il qarşımıza başqa məqsədlər qoymuşuq və bunun üstündə çalışırıq. Hər oyun artırmaq istəyirik. Gücümüz çatan qədər mübarizə aparacağıq. Nəticədən önəmli faktorlar var - klub olaraq böyümək.
- Yaxın günlərdə Klublar Komitəsi ilə Hakimlər Komitəsinin görüşü oldu. Hansı dəyişikliyə ümid edirsiniz?
- Səhvlərin azalmasını istərdik. Bu gün iki tərəfin də narazı qaldığı epizodlar oldu. Lakin referi böyük ölçüdə oyunu idarə edə bildi. Gənc hakimlər çox səhvlər edir. Hakimlər Komitəsinin sədri Barış Şimşək də buna üzülür. Komandalar və hakimlər inkişaf etməlidir. İstəyimiz səhvlərin az olmasıdır.
- Son günlərdə legioner limitinin artırılması - “8+3” olması gündəmdədir. Azərbaycan futbolunun inkişafı baxımından bunu necə dəyərləndirirsiniz?
- Təəssüf. İnkişaf üçün ediləcək son şey budur. Stadionlar yoxdur, bunu həll etməliyik. Bu gün uşaqlar akademiyada qala bilmir. Yaxşı bazalar yaratmaq lazımdır. Böyük müzakirədir. Legioner limitinin artması ölkə futboluna nə fayda verəcək? Gənclərin inkişafı üçün stadion lazımdır, o da yoxdur. Klublar indi əsas komandaya daha çox pul xərcləyir. Amma aşağıları da düşünmək lazımdır. Bunlar olmazsa, inkişaf da olmaz. Bir mövsüm yola veriləcək, başqa heç nə.
- Limitin artırılması gələcəyinizlə bağlı hansısa qərara təsir edəcək?
- Xeyr. Bizim planlar var, tələsməyəcəyik. Bir il bir milyon qənaət edib, dediyimiz yerlərə xərcləyə bilərik. Bunu transfer üçün də verə bilərdik. 70 yox, 120 minlik oyunçu gətirmək gücündəydik, amma istəmədik. Komandanın 6, 7, 8-ci yerlərdə olmasının fərqi yoxdur. Amma pula qənaət edib, stadion tikə, inkişaf edə bilərik. Limitin artırılması inkişaf demək deyil. Baxıram, izləyirəm, hər kəs futbolun inkişafın istəyir. Nəticə olmayanda tələsmək lazım deyil. Azarkeş təzyiqi var, bu, başadüşüləndir. Onlar yaxşı nəticə tələb edir. Avrokuboklara gedə bilsək, super olacaq. Alınmazsa, faciə deyil. Böyük pul xərcləyib, legioner gətirmirik (presssport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























