Ölkə futbolu
Qurban Qurbanov: “Bu gün məğlub da ola bilərdik”
“Futbolçularımı təbrik edirəm. Belə gərgin oyunda çox vacib 3 xal əldə etdik. Oynamaq çətin idi. Qarşımızda çox istəkli rəqib var idi. Sonda bacardıq desək, daha düzgün olar”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra Q.Qurbanov sualları cavablandırıb:
- Tahir Gözəl matçdan sonra paltardəyişmə otağına gəldi. Bunun xüsusi səbəbi var idi?
- Xeyr, sadəcə təbrik etdi. Mən həmin vaxt içəridə yox idim. Çıxanda görüşdük, sadəcə təbrik üçün gəlmişdi.
- Murad Musayevin "Sabah"dan gedişinə münasibətiniz necədir?
- Əlbəttə ki, üzüldüm. Bəlkə nə vaxtsa Azərbaycana qayıdacaq. İşini sevən birisi idi. Ona qarşı oynamaq mənim üçün həmişə maraqlı idi. Biz nəyəsə müdaxilə edə bilmərik. Ancaq ona uğurlar arzulayıram.
- Murad Musayev məhz "Qarabağ"a ağır məğlubiyyətdən sonra postundan getdi. Buna görə üzüldünüz?
- Heç bir oyunda istəmərəm belə olsun. Mən özüm də məşqçiyəm. İstər-istəməz böyükhesablı məğlubiyyətlərə mən özüm də üzülürəm. Heç bir məşqçinin üzülməsini istəmərəm. Ümumiyyətlə məğlubiyyət futbolçulara heç də yaxşı təsir eləmir. Futboldur. Futbolu azarkeşlər üçün oynayırıq, sona qədər mübarizə aparmalıyıq. Bəzən hər futbolçu, məşqçi üçün belə məğlubiyyətlərin faydası olur.
- İkinci hissədə "Qarabağ"ın oyunu yaxşı alınmırdı. Son dəqiqələrdə isə futbolçularınız vaxt uzadırdı. Bu haqda fikirləriniz necədir?
- Qeyd etdim ki, qarşımızda çox istəkli komanda var idi. Belə meydançada topla davranmaq bir o qədər də yaxşı olmur. "Səbail"in üstünlüyü ondadır ki, bu meydançada daha çox oyun keçirir. Bizdə bir az problemlər olur. Digər tərəfdən biz hər oyun dominantlıq edə bilmərik. Sonda mənim futbolçularım vaxt keçirmədi. Əvvəlki dəqiqələrdə daha çox vaxt keçirilirdi, nəinki son dəqiqələrdə.
- "Braqa" ilə oyunlarda müdafiənin mərkəzində Bəhlul Mustafazadənin yanında kimin olacağına qərar vermisiniz?
- Hazırda mərkəz müdafiəçilərimiz var. Başqa futbolçuları bu mövqedə oynatmağı fikirləşmirəm. Hərənin öz mövqeyində olmağı daha uyğundur.
- "Sabah"la kubokun cavab matçını “Braqa”nın məşqçisi də izləyəcək. İlk oyundakı hesabı və bu məqamı nəzərə alaraq, düşünmək olar ki, həmin matçda əsas heyətə istirahət verəcəksiniz?
- Demək olar ki, hər oyunda rotasiyalar edirik. Bütün futbolçuların hazırlığı eyni səviyyədə deyil. Bu gün Benzianı 45 dəqiqə belə oynatmağa görə narahat idim. Amma 60 dəqiqə oyunda oldu. Yankoviç də öz optimal formasından uzaqdır. Rotasiyalar olacaq. Qarşıdakı turlarda əsas heyəti tam formalaşdırmaq istəyirik.
- Köməkçiniz "Braqa"nın oyununu izləməyə gedəcək. Ona xüsusi tapşırıq vermisiniz?
- Əlbəttə ki, hər hansı tapşırıqlar verilib. Biz özümüz zatən onların oyunlarına baxırıq. Canlı izləyərkən bəzən bizim düşünmədiyimiz elementlər olur. Buna diqqətlə baxılacaq.
- "Braqa" ilə ilk oyun üçün beyninizdə bir sistem var?
- Dəfələrlə demişəm ki, biz öz oyunumuzu yaxşılaşdırmaq istəyirik. Sadəcə, qarşımızdakı rəqibə görə bəzən bəzi detallar dəyişir. Çox ciddi dəyişikliyin edilməsini düşünmürəm.
- Bir çox klublar legioner limitinin dəyişdirilməsini tələb edir. Sizin buna münasibətiniz necədir?
- Bu barədə düşünməmişəm. İndi hər hansı cavab versəm, yanlış düşüncə olar. Bugünkü qayda nədirsə, ona əməl etməyə çalışırıq.
- "Qalatasaray"ın idman direktoru Cenk Ergün oyunu izləyirdi. Bunun səbəbi nə idi? Onunla təkbətək görüşünüz olacaq?
- Məlumatım yox idi, xoş gəlib. Görüşümüz planlaşdırılmayıb.
- Ən yaxın izləyicinizdən 18 xal qabaqdasınız. "Qarabağ" növbəti turlarda stimulu haradan tapacaq?
- Biz buna arxayın olmalı deyilik. Bu gün məğlub da ola bilərdik. 10-15 xal öndəyik deyə işimiz tamamlanıb düşüncəsi yoxdur. Futbolçularımız ilboyu yaxşı idman formasında olmalıdır. İstənilən nəticə bizə mane olmayacaq. Qarşıda fərqli turnirlər, fərqli oyunlar var. Çalışmalıyıq ki, komandanı həmin yarışlara yaxşı hazırlayaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























