21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Ertuğrul Sağlam: “Ramil Şeydayevin fiziki çatışmazlığı var”

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Türkiyə 1-ci liqasının 20-ci turunda "Altay"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssis tədbirdə komandanın yeni transferləri Ramil Şeydayev və Duhan Aksu haqda da danışıb. Onların hazırkı durumu barədə suala cavabında E.Sağlam deyib ki, hər iki futbolçunun bugünkü fiziki formasında müəyyən çatışmazlıq var: 

“Duhan bir az daha geridədir. Amma bu çatışmazlıqları yavaş-yavaş aradan qaldırırlar. Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

Qeyd edək ki, R.Şeydayev ötən həftə  "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Altay" - "Kocaelispor" görüşü yanvarın 28-i keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30