7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Leandro Andradeyə Rusiyanın 2 klubundan təklif

"Qarabağ"ın futbolçusu Leandro Andrade ilə Rusiyanın 2 klubu maraqlanır.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçinin agenti Uqo Kadjuda Rusiyanın sport24.ru saytına açıqlamasında bildirib. Söhbət Premyer Liqa təmsilçiləri "Rubin" və "Krasnodar"dan gedir: “Həqiqət budur ki, "Rubin" futbolçunun oyununu izləyir. Andrade ilə həmçinin "Krasnodar" da maraqlanır. Görək, bütün bunların nəticəsi necə olacaq”.

Daha əvvəl "Ajmedia" nəşri məlumat yayıb ki, "Rubin" 24 yaşlı Andradeyə görə "Qarabağ"a 1,5 milyon avro təzminat ödəməyə hazırdır. "Qarabağ" rəhbərliyi isə kluba belə bir təklifin daxil olmadığını bildirib.

Qeyd edək ki, Andradeyə Çinin "Şanxay Şenxua" klubundan təklif gəlsə də, tərəflər yekun razılığa gəlməyiblər. Ona görə də Andrade hələ ki, "Qarabağ"da karyerasını davam etdirir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31