23 Avqust 2026, Bazar günü
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Abu Akal: “Fevralda tam hazır olacağam”

“Qəbələ”nin futbolçusu Feras Abu Akal mövsümün ikinci yarısının hazırlığını davam etdirən komandann məşq prosesinə qoşulub.

Futbolxeber.az-ın məlumatına görə, zədədən sonra bərpa prosesi keçdiyi üçün mövsümün ilk yarısını buraxmalı olan 27 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlama verib:

“Bərpa prosesindən keçdiyim müddətdə komandamızın mövsümün ilk yarısındakı bütün oyunlarımı izləmişəm. İkinci yarıda “Qəbələ”yə qoşulmaq və komandaya kömək etmək üçün özümü böyük səylə hazırlayırdım. Bərpa prosesi çox intensiv keçdi. Hətta bəzən yükləmələrdən ağrılar da yüksək həddə çatırdı. Lakin bu zədə zamanı belə olması normaldır. Bacardığımın ən yaxşısını etdim ki, bərpa prosesini yekunlaşdırım”.

Feras tezliklə meydana çıxa biləcəyi və komandanın mövsümün ikinci yarısında daha uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Hazırda komanda ilə məşqlərə başlamışam. Düşünürəm ki, fevralda oyunlar üçün tam hazır olacağam. Mövsümün əvvəlində komandaya yeni oyunçular qoşuldu. Onların çoxu Azərbaycan çempionatı ilə tanış deyildi. Artıq iki dövrə arxada qalıb. İnanıram ki, 3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik. Mən də “Qəbələ”yə gəldiyim ilk dövrədə zəif təsir bağışlayırdım. İkinci yarıda daha güclü oldum. Çünki vaxt keçdikcə liqaya uyğunlaşdım. Həm nəticə, həm də oyun baxımından daha yaxşı olacağımıza inanıram”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31