12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

Elmar Baxşıyev: "Son nöqtəni qoymaqda çətinlik çəkirdik"

“Qəza keçirən PFL əməkdaşlarına Allahdan şəfa diləyirik. Tezliklə işlərinə qayıtmasını arzulayırıq. Maraqlı oyun alındı. Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında I Liqa təmsilçisi "İmişli"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Komanda əzmini göstərdi, son dəqiqələrədək istəyindən əl çəkmədi və istədiyi qolu vurdu. Birinci liqa klubları ilə görüşlərdə üstün oynasan da, meydanda mübarizə gedir. Çünki onlar da istəklidirlər, çox sayla müdafiə olunurlar. Bu tip oyunlarda yaratdığın hər epizodu dəyərləndirməlisən. Bunu etmədikcə rəqib daha özünə güvənli oynayır. Düşünürəm ki, üstünlüyümüz var idi. Matçın belə çətin keçməsinə səbəb yaratdığımız epizodları dəyərləndirməməyimiz idi".

"Qəbələ"nin çalışdırıcısı qeyd edib ki, komandası əlavə vaxta da hazır olub: "Bütün dünyada 1-ci liqa komandaları da yüksək dəstə klublarına qalib gəlir. “İmişli”ni təbrik edirəm. Yaxşı, mübariz komandadır. Onlara uğurlar arzulayıram”.

Qeyd edək ki, 1/4 finala yüksələn "Qəbələ" bu mərhələdə "Araz-Naxçıvan"a rəqib olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31