Ölkə futbolu
Ayxan Abbasov: “Futbolçu qıtlığı var”
"Oyunun gərgin keçəcəyi məlum oldu. Amma təəssüf ki, ilk yarıda iki-üç hücum etdilər, ikisi qapımızda qolla yekunlaşdı. Halbuki, bizim hücumumuz var idi, o qolla nəticələnmədi, amma qapımızdan qol buraxdıq. 0:2-dən sonra fasilədə futbolçulara demişdim ki, oyunu davam etdirmək lazımdır. Uşaqlar ruhdan düşmədi, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdi. Bir xal çətin durumda uşaqlara inam gətirəcək. Qarşıdan çətin matçlar gəlir".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqanın 15-ci turunda "Sumqayıt"la oyundan (2:2) sonra deyib.
O, zədələnən Ayxan Hüseynovun durumu ilə bağlı söyləyib: "Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Görək də. Artıq çəkisi yoxdur. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədir ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Yəqin forması da dardır, razmeri böyütmək lazımdır. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdür".
Mütəxəssis daha sonra vurğulayıb: " Arxaya oynamağı öncədən planlaşdıra bilmərik. "Sumqayıt" kompakt müdafiə olunurdu. Cinahlardan asamalar istədiyimiz kimi olmadı. Hesab rəqibi məcbur edirdi ki, ehtiyatlı oynasın. İki hücum etdilər, iki qol vurdular. Onlar qol buraxmaq istəmirdi. "Sumqayıt" ən yaxşı formada olan komandadır. Son beş oyundur uduzmurlar. Bunları bilirdik. "Sumqayıt" kimi komanda ilə oyunda bu qədər əldə etmək, o qədər də asan deyil".
A.Abbasov "2:2 hesablı heç-heçəni üç xala bərabər sayırsız? Fasilədə uşaqlara necə motivasiya verdiz" sualını bu cür cavablandırıb: "Qəbələ" ilə oyundan sonra futbolçularıma ən böyük iradım o idi ki, geri dönüş edə bilmirik. Bu məni məyus edir. Komandamın xarakterinə bələdəm. "Qəbələ" ilə oyundan sonra futbolçular bu haqda daha çox danışmışdım. Fasilədə bildirdim ki, ilk beş dəqiqədə qol vursaq, qalib gələcəyik. Otto Conun iki epizodunda necə qol olmadı, çox heyf. Amma futbolçularımın istəyini görürdüm. Həftə boyu da yaxşı hazırlaşmışdıq".
Baş məşqçi Petkovun çox potensiallı futbolçu olduğunu deyib: "Zədəsi oldu və özünə aid problemləri də var. Biz onun yanındayıq. İnanın ki, Martin özünə yavaş-yavaş gəlməyə başlayır. Bir ara çox pis idi. Gəncdir. Düzdür, altı ay legioner həyatı yaşayıb. Amma ona adaptasiya prosesində kömək etməliyik. Hər zaman istəyirik ki, komandada rəqabət olsun. Belə matçlarda bir hücumçu da olsa, meydana buraxardım. İl boyu hər oyunçunun enişi, yüksəlişi olacaq. Futbolçu robot deyil ki, hər zaman stabil oynasın.
O, qışda transferlərın olub-olmayacağı əlaqədar söyləyib: "Son oyunlardan sonra yəqin ki, rəhbərliklə oturub ümumi müzakirə edəcəyik. Turnir cədvəlinə və imkanlarımıza baxacağıq. Zədəlilərimiz də var, onlar da özünə gəlməlidir. İstədiyimiz futbolçunu tapa bilsək, müzakirə edəcəyik. Futbolçunu altı ay üçün transfer etmək istəmirik.
Mütəxəssis "Turan Tovuz" bir müddət əvvəl hakimliklə bağlı etiraz tipli bəyanət yaymışdı. Ondan sonra müsbətə doğru dəyişiklik hiss edirsiz" sualına cavabında deyib: "Nəticəyə təsir edən səhvlər olmayıb. Etirazımız o vaxt olub ki, hakimin qərarı nəticəyə təsir edib. Amma şükürlər olsun ki, son oyunlarda bu yoxdur".
Abbasov son matçlarda qapıda 38 yaşlı Kamal Bayramov dayanmasının səbəbini belə izah edib: "Tərlan və Aydın çox potensiallı qapıçıdır. Bu gün bizə bir az psixoloji möhkəmlik lazım idi. Çünki ardıcıl səhvlər, məğlubiyyətlər bizi sıxır. Mövsümün əvvəlində də qapıçılar haqda danışarkən, demişdim ki, üç qapıçımıza da birinci kimi baxırıq. Yayda Kamal Bayramovun çox yaxşı performansı olmuşdu. O, komandamızın kapitanıdır. Futbolçuları da arxasınca aparmağı bacardı".
O, Budaq Nəsirov haqda da danışıb: "Budaq yaddan çıxmışdı və heç kimin yadına düşmürdü. Biz klub olaraq, Tovuz futbolunun yetirməsi kimi Budaqa bu şansı verdik. 2019-cu ildən bu yana oynamırdı deyirik. Amma həmin ilə qədər onun neçə oyunu var? Bunu da müzakirə etmək ikinci plandır. Budaq Portuqaliyada elə də yaxşı sezon keçirmədi, az oynadı. Bu gün onu geri qaytardıq, vaxt lazımdır. Azarkeşin fikri fərqli ola bilər. Hər kəsə kənardan başqa cür görünür. O, hazır olanda meydanda görünəcək. Kubokda şans düşdü, verdik. Əvəzedici heyətə gedir, oynayır. Amma hələ ki, ondan onu ala bilmirik. Onun üçün də çətindir. Bəlkə də, onun üçün mütəmadi oynamaq daha yaxşı olardı. Bunu da müzakirə edəcəyik. Budaqı böyük futbola qaytarmaq istəyirik. Onun özündən də, çox şey asılıdır. O, xarakterini də dəyişməlidir. Biz ona kömək ediriksə, özü də özünə kömək etməlidir. Budaq tam hələ hazır deyil. Türkiyəyə girişi qadağandır deyə, onu apara bilməyəcəyik. Yayda da, buna görə bizimlə gedə bilmədi. Budaqın o qədər çətin durumları var ki, biz ona ancaq dəstək oluruq. Səfirliyə yayda müraciət etdik. Amma Türkiyədə çox qalmışdı deyə, deport etmişdilər. Yenə də müraciət edəcəyik. Təbii ki, biz bir futbolçu da qazanmaq istəyirik. Amma özündən də çox şey asılıdır. Hansısa klub onu görmək istəsə, Budaqın özü ilə onu müzakirə edə bilərik. Bəzi oyunçularımız icarədə oynayır. Birinci liqada da çox yaxşı çıxış edirlər. Bu da bizi sevindirir. Birinci və İkinci Liqadakı komandalar Premyer Liqa təmsilçilərinə qarşı müqavimət göstərmək istəyir. Birdən-birə komanda sayı da arta bilər. Futbolçu qıtlığı var, hamı hazır olmalıdır. Faiq Hacıyev "Turan Tovuz"da birinci liqada çıxış edirdi. O, günü-gündən inkişaf edir. Gələcəkdə milliyə namizədlərdən olsa, təəccüblənməyəcəm. Bu gün yerli sağ cinah müdafiəçisi nə qədər var? Futbolçu oynamalıdır.
O, "Sabah"ın futbolçusu Ceyhun Nuriyevin komandaya mümkün transferi haqda deyib: "Söhbətimiz olmuşdu. Klub da razılıq vermişdi. Ceyhun özü bir az gözləməyi məsləhət gördü. O da potensiallıdır. Rəhbərliklə oturub fikirləşirik. U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik. Amma təəssüf ki, gətirmək çətindir. Çünki iddialı komandalarda oynayır. Bəzən futbolçuların özü həmin klublardan getmək istəmir. Veysəl Rzayev icarədə çıxış edir, əsas oyunçumuzdur. Bu gün Veysəl qazanır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























