8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Şahin Diniyevdən “Şəfa”ya jest

"Səbail”in baş məşqçisi Şahin Diniyev ölkə kubokunun II təsnifat mərhələsində 7:0 hesabı ilə məğlub etdikləri “Şəfa” ilə oyundan sonra ilk olaraq öz komandasının deyil, rəqibin paltardəyişmə otağına yollanıb.

Matçdan sonra Futbolxeber.az saytının əməkdaşının bununla bağlı sualını cavablandıran təcrübəli mütəxəssis addımının səbəbini belə izah edib:

“Bəli, “Şəfa”nın paltardəyişmə otağına yollandım. Onlara dəstək oldum. Bildirdim ki, böyük hesablı məğlubiyyətə baxmayaraq, ruhdan düşməsinlər. Bu səviyyədə ilk oyunları idi. Təcrübələri az olsa da, hiss olunurdu ki, komanda futbol oynamaq istəyir. Düşünürəm ki, istiqaməti düz tutsalar, bir müddət sonra daha yaxşı yerlərə gələ biləcəklər”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31