17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

De Byazi getdi...

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir. Saat 10:00-da assosiasiyanın inzibatı binasında başlayan toplantıda milli komandamızın baş məşqçisi Canni De Byazinin yığmamızdakı gələcək taleyi həll olunub.

Futbolxeber.az saytının hazırda AFFA-nın binasında olan əməkdaşının verdiyi məlumata görə, italiyalı mütəxəssis artıq iclası tərk edib. De Byazi iclasda cəmi 10 dəqiqə iştirak edib. O, media nümayəndələri ilə qarşılaşmamaq üçün AFFA-nın binasını arxa qapıdan tərk edib.

De Byazinin iclası belə tez tərk etməsi onun millidəki işinə son verilməsi ilə bağlı ola bilər. Təfərrüatlar az sonra məlum olacaq. Hələlik isə De Byazi AFFA-dan gedib. Millimizdən gedib-getməyəcəyi isə az sonra bilinəcək.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31