9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

“Azərbaycan çox ciddi rəqibdir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib: “Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31