3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Ölkə futbolu

U-19 millimizin heyəti açıqlandı

Azərbaycan U-19 millisinin noyabrın 13-dən 22-dək Lüksemburqda təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Qəbələdə təlim-məşq toplanışına başlayan U-19 noyabrın 13-də Lüksemburqa yollanacaq. Millinin yekun heyəti səfər ərəfəsində müəyyənləşəcək.

Baş məşqçi Aqil Nəbiyev ilkin heyət üçün 20 futbolçuya dəvət göndərib:

Sadiq Məmmədzadə, Əkbər Eyubov, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli, Həmzaəlı Mikayılov, Tuncay Cəfərli (hamısı “Sabah”), Hüseyn Hüseynov, Sadiq Şəfiyev, Cavid Qasımov (hamısı “Turan Tovuz”), Rüfət Abbasov, Nihad Əliyev, Murad Məmmədov (hamısı “Neftçi”), Xəyal Fərzullayev (“Sumqayıt”), Saleh Süleymanov (“Cəbrail”), Arzu Atakişiyev (“Kəpəz”), Uğur Səfərov (“Qarabağ”), Murad Ələkbərov (“Zirə”).

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda yer alan Azərbaycan millisi noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30