Ölkə futbolu
Şahin Diniyev: “İstəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim”
“Maraqlı, bol qollu oyun oldu. İlk hissədə biz, ikincidə isə rəqib üstün oynadı. Birinci yarıda rəqib müdafiəsindəki boşluqları tapmışdıq. Yenə də qol şanslarımız var idi. Lakin dəyərləndirə bilmədik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.
O, ikinci hissədə komandasının zəif təsir bağışladığını bildirib: “İkinci hissədə inamsız təsir bağışladıq. Bu, bəlkə də 11 matçda keçirdiyimiz ən zəif hissə idi. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin bu gün ikinci yarıda bunu görmədim. Belədə mütləq cəzalanmalıydıq, belə də oldu”.
Diniyev rəqib haqda da danışıb: “Zirə” çox yaxşı, intizamlı komandadır. Rəşad Sadıqov nə istədiyini bilən kollektiv formalaşdırıb. İkinci hissə məni çox məyus etdi. İrəli baxmalıyıq”.
O, komandasının bombardirində arxayınçılıq yarandığını etiraf edib: “Ramalinqom keyfiyyətli hcumçudur. Lakin bu gün sanki özünü daha hazırlıqlı hesab edir. Razıyam ki, bu gün arxayın görünürdü. Xüsusən də ikinci hissədə bir epizodda real şansı boşa verdi. Sadəlikdən mürəkkəbliyə keçdi ki, bu da fərqlənməsinə mane oldu”.
O, “Zirə”yə 2 qol vurmağın heç də asan olmadığını bildirib: “Zirə” kimi komandaya 2 qol vurmaq asan deyil. Amma bundan da artığını bacara bilərdik. Təəssüf ki, ilk yarıda üçüncü qolu vura bilmədik”.
Diniyev legioner strategiyası haqda da danışıb: “Futbolda uğur qazanmaq 100 faiz lazım olan cəhətlərdən bizdə 80 faizi var. 20 faizi isə çatmır. Hərdən deyirlər ki, “Səbail”in büdcəsi çoxdu, amma biz maddi baxımdan heç beşlikdə yoxuq. Mən istəsəm hər mövqeyə 2 futbolçu götürmək olar. Amma bu, müvəqqəti bir şeydir. Komanda yaradırsansa, təməli düz qoymalısan. Keçən il 9-cu olan bu gün 1-ci olsa, gələn il komanda qalmayacaq”.
“Səbail”in çalışdırıcısı qışda heyəti gücləndirəcəklərini bildirib: “Qış fasiləsində çatışmayan cəhətlərə baxacağıq. Ola bilər ki, heyətimizi gücləndirək. Fasiləyə hansı mövqedə yollanacağımız da bu baxımdan önəmlidir”.
Diniyev zamana ehtiyac duyduqlarını deyib: “Ötən mövsümün sonunda klubun taleyi nazik bir ipdən asılı idi. “Səbail” yox ola bilərdi. Həmin yerdən bugünkü mövqeyə gəlmək üçün zaman lazım idi. Heç kim təminat verə bilməz ki, mən nə qədər “Səbail”də qalacam. Əsas odur ki, olduğum müddətdə vicdanım təmiz olsun. Legionerləri gətirib sonra nəticə verə bilməsəm, necə olacaq? Səhv də olsa, düz də olsa, bu, mənim baxışımdır. Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim. Təbii ki, mələk deyiləm, hər kəs kimi, mənim də günahlarım olub”.
Diniyev bildirib ki, reallıqları qəbul etmək lazımdır: “Səbail” bu gün də iddialıdır. Lakin reallıqları qəbul etməliyik. Bəli, biz yeganə komandayıq ki, hər oyunda qol vurmuşuq. Uduzmaq da olar, lap 0:5, 0:8. Amma əsas odur ki, qorxaq futbol oynamayasan. Təəssüf ki, bu gün komandam istədiyim həmin futbolu ikinci hissədə göstərmədi”.
Epizodların birində “Səbail”in qapıçısı Səlahət Ağayev vaxt uzatmağa çalışsa da, Şahin Diniyev buna sərt reaksiya verdi. Mütəxəssis həmin epizoda belə münasibət bildirib: “Bəli, həmin anda qışqırdım. Çünki elə şeydən xoşum gəlmir. Sabah mən də Rəşad Sadıqovla eyni vəziyyətə düşə bilərəm. Odur ki, futbol oynamaq lazımdır. Azarkeş stadiona futbol görmək üçün gəlib”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























