Ölkə futbolu
Qurban Qurbanov: “Bu cür oyunlardan çəkinmirəm”
“Çox güclü komandaya qarşı oynayacağıq. Təkcə nəticələri ilə yox, həm də baxımlı oyunu ilə də Bundesliqada liderdirlər. "Bayer Leverkuzen" çox bacarıqlı futbolçulardan ibarət komandadır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer Leveruzen"lə (Almaniya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqib həmkarı Xabi Alonsodan da söz açıb: “Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir”.
O, komandasının matça hazır olduğunu bildirib: “Çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər".
Qurbanov Leverkuzenin fərqli sistemlərdən yararlandığını vurğulayıb: "Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. "Bayer Leverkuzen" üç fərqli sistemlə oynayır. Bəzi rotasiyalar edirlər. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, səhvlər olsa da, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər”.
“Qarabağ”ın çalışdırıcısı sabahkı matçı üçün start heyətinin müəyyənləşdiyini vurğulayıb: "Demək olar ki, heyət hazırdır. Sadəcə oyunun gedişatında hansısa dəyişikliklər ola bilər".
O, Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biri olduğunu deyib: "Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər oyuna çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer Leverkuzen" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını yəqin ki, yaxından baxmısız, izləmisiz. Çox sürətli, topla oynamağı bacaran komandadır. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Xabi Alonso futbolda ən böyük adlardan biridir. "Bayer Leverkuzen"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər işimizə real yanaşmalıyıq. Bu komandanın bacarığı, keyfiyyəti bizdən yuxarıdır. Son illərdəki təcrübəmiz bu komandaya qarşı, daha sıx, kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah ən yaxşı oyunlarımızdan biri olacağına şübhə etmirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
06.11.2026
05.11.2026
04.11.2026
























