5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Roma"nın futbolçusu millimizlə oyundan danışdı

Estoniya millisinin yarımmüdafiəçisi Martin Vetkal AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan yığmasına qarşı keçirilmiş görüşü şərh edib.
 
Futbolxeber.az saytının məlumatına görə, "Soccernet"ə açıqlama verən "Roma"nın gənclərdən ibarət komandasının üzvü Tallində millimizə məğlubiyyət (0:2) haqda bu cür danışıb:
 
"Debütümdən məmnunam, amma vəziyyət heç də istədiyimiz kimi deyil. Azərbaycan millisinin bizə ilk hissədə oynamaq şansı verdiyi aydın idi. Ancaq nədənsə daha uzun ötürmələrə üstünlük verdik. Azərbaycanlıların ilk hissədə iki şansı oldu və onları əldən vermədilər. İkinci hissədə kifayət qədər çox hücum etdik və şanslarımız yarandı, lakin top hədəfə çatmad. Uşaqlara zəhmətlərinə görə təşəkkür edirəm".
 
Qeyd edək ki, "Kalev"in yetirməsi olan Vetkal 2020-ci ildən "Roma"da oynayır. O, "canavarlar"ın gənclərdən ibarət komandasının üzvüdür.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31