9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırıla bilər

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: “Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.

Qeyd edək ki, yay fasiləsində Almaniyanın “Bayer Leverkuzen” klubundan ayrılan Andrey Lunyov “Qarabağ”a azad agent kimi keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31