10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Avstriyalı azarkeşlər üçün Bakıdakı oyunun biletləri satışa çıxarılıb

Avstriyalı azarkeşlər üçün AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək səfər oyununun biletləri satışa çıxarılıb.
 
Futbolxeber.az saytının Avstriya Futbol Assosiasiyasına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı canlı izləmək istəyən qonaq komandanın fanatları indidən bilet əldə edə bilərlər. Avstriyalılara ayrılacaq sektorun biletlərinin qiyməti 4 avrodur. İlkin satışlar oktyabrın 1-dək nəzərdə tutulub.
 
Qiymətlə bağlı müqayisə aparan Avstriya mətbuatı ölkə daxilində keçirilən futbol oyunlarının ən ucuz biletinin 6 avro olduğunu bildirib.
 
Ralf Ranqnikin yetirmələri Bakı səfəri ərəfəsində oktyabrın 13-də Vyanada Belçika yığmasını qəbul edəcəklər. Maraqlıdır ki, həmin qarşılaşmaya artıq 45 000-dən çox bilet satılıb.
 
Qeyd edək ki, hazırda Avstriya yığması 13 xalla F qrupunda ikinci, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb. Canni De Byazinin komandası oktyabrın 13-də Tallində Estoniyanın qonağı olacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31