23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

Ramil Şeydayevdən qol ötürməsi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 5-ci turun oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə "Polis Tero" ilə qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının vurduğu 2-ci qolun ötürməsini verib.

Bu, Şeydayevin Tailand Liqasında bu mövsüm 3-cü qol ötürməsidir.

"Buriram Yunayted" hazırda turnir cədvəlində 13 xalla 1-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31