24 Mart 2026, Çərşənbə axşamı
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək
Qərəz, yoxsa antipatiya? - YAZI

Ölkə futbolu

Lunyev: “Mölde” bizi heç nə ilə təəccübləndirmədi”

“Bu gün yaxşı oyun keçirdik. Düzdür, xeyli qol şansımız olsa da, yalnız birindən istifadə etdik. Əsas odur ki, 3 xal qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyev “Mölde” üzərində qələbəni (1:0) şərh edərkən deyib.

Rusiyalı qolkiper öz çıxışını normaı dəyərləndirib: “Rəqibin elə də çox şansı olmadı. Düzdür, oyun praktikam bir qədər azdır. Lakin ümumi olaraq çıxışımı mormal qiymətləndirərdim”.

O, xeyli qol epizodlarını boşa vermələrinin səbəbini söyləməkdə çətinlik çəkib: “Ola bilər ki, bəzi epizodlarda konsentrasiya çatmadı. Yaxud ani qərar qəbul etmək mümkün olmadı. Rəqib qapıçının yaxşı çıxış etdiyini də deməliyəm”.

Andrey Lunyev rəqibin onları heç nə ilə təəccübləndirmədiyini vurğulayıb: “Mölde”nin oyununu təhlil etmişdik. Prinsipcə, onlar bizi heç nə ilə təəccübəndirmədilər. Elə gözlədiyimiz futbolu da sərgilədilər”.

“Qarabağ”ın qapıçısı qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Əgər növbəti oyunlarda da bugünkü kimi çıxıç etsək, qrupdan çıxmağımız mümkündür. Hər şey özümüzdən asılıdır”.

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31