Ölkə futbolu
31 yox, 3-də 1 - QEYD
Son vaxtlar ən çox müzakirə olunan klublardan biri, bəlkə də birincisi “Sumqayıt”dı. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə. Halbuki bu komanda nə “Qarabağ” kimi avrokubokların qrup mərhələsində çıxış edir, nə “Neftçi” kimi ümidləri puç edir, nə də “Sabah” kimi milyonları göyə sovurur.
Ötən həftə sonu klubun keçmiş məşqçisi Elnur Çodarov ilə “Sumqayıt” arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməsi (CAS) qərarını açıqladı. Qərar açıqlanandan dərhal sonra CAS-ın qərarı ictimaiyyətə təhrif olunmuş şəkildə təqdim edildi. Düzdü, sonradan “Sumqayıt” klubu bəyanat yayaraq sübuta yetirdi ki, Elnur Çodarovun müraciətində ona təxminən 31 min manat ödənilməsini istəsə də, CAS apellyasiya şikayətini qismən təmin edib. Yəni “Sumqayıt" klubu müqavilənin pozulmasına görə Elnur Çodarova təxminən 11 manat kompensasiya ödəyəcək. CAS-ın qərarından da aydın olur ki, Çodarovun tələbinin yalnız üçdə bir hissəsi təmin edilib. Klub yuvarlaşdırsaq, 31 min yox, 11 min pul ödəcəyək. Buna görə “Sumqayıt”ı “Azərbaycan futbolunun qatili” kimi təqdim etməyə dəyərmi? Məgər “Sumqayıt” CAS-da uduzan ilk Azərbaycan klubudu? Bu məntiqlə onda gərək Mpenza məsələsinə görə “Neftçi” Azərbaycan futbolunun tarixindən silinərdi...

“Sumqayıt”ın büdcəsi aşağı-yuxarı məlumdu. Klub dövlətin ayırdığı 3 milyon və xırda-para sponsorluq müqavilələri ilə ayaqda durmağa çalışır. Fəaliyyətdə olduğu illərdə də Azərbaycan futbolu adına az iş görməyib. Gəl ki, bəzən kluba qarşı göstərilən münasibət təəssüf doğurur. Xüsusən də bu baxımdan klub prezidenti Riad Rəfiyev daha çox nişan alınır. Gah “Neftçi”nin prezidenti olmaq istəməsi”, gah “milyonları göyə sovurması” və s. və i.a. Nədənsə “Sumqayıt”a göstərilən “münasibət” məsələn, “Sabah”a qarşı göstərilmir. Komanda illərdi 10 milyonluq büdcə ilə fiaskoya uğrayır. Axır ki, 5 ildən sonra ilk dəfə avrokuboklara yüksəldilər, onda da tərifli məşqçinin səhvləri ucbatından avrokuboklarda çox irəli gedə bilmədilər. Əminəm ki, “Partizan” səfərində 2:0-lıq üstünlüyü əldən verib vətənə boynubükük dönən “Sabah” yox, “Sumqayıt” olsaydı, kluba qarşı tənqidlər bu gün belə səngimək bilmirdi. Gəl ki, “Sabah”a “Belqrad faciəsi”nə görə gözün üstündə qaşın var deyən olmadı. Sanki hər şey belə də olmalı idi...
Qəribədir ki, eyni münasibəti artıq AFFA İntizam Komitəsi də nümayiş etdirməyə başlayıb. “Neftçi” ilə oyunda alınan qırmızı vərəyə görə Murad Musayevə 2, Samir Abbasova isə “Zirə” ilə matçdakı hərəkətinə görə 5 oyunluq cəza vermək absurddu. İntizam Komitəsinin hansı “məntiq”lə belə qərar qəbul etməsini anlamaq mümkün deyil. Yaxud olsun “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov. Belə çıxır ki, AFFA İntizam Komitəsi “Sabah”dan qorxur, “gücünü” “Sumqayıt” və “Qəbələ”yə göstərir? Çünki Samir Abasov və Xaqani Məmmədovun cəzası 5 matçdısa, onda gərək Murad Musayevə 25 oyunluq cəza verilərdi...
Görünür, AFFA-dakı bəzi rəhbər şəxslərin kimlərləsə yaxınlaşması, onların dedikləri ilə oturub-durmaları barədə yayılan xəbərlər yalan deyilmiş...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























