3 Fevral 2026, Çərşənbə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

“Zirə” və “Araz-Naxçıvan”ın futbolçularının cəzası bilindi

“Zirə”nin futbolçusu Pyer Zebli AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, 15.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt”la oyunda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması buna səbəb olub. “Zirə” isə 1500 manat cərimə edilib.

Matçın gedişində hər iki klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə həm “Zirə”, həm də “Sumqayıt” 800 manat cərimə olunub.

Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” - “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

17.09.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Turan Tovuz” - “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28