5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

Coşqun Diniyev üçün 45 dəqiqə

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda 5-ci turda "Çorum"u qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Hasan Yaroğlunun əvəzinə meydana daxil olub və sona qədər oynayıb.

Mövsümə uğursuz start verməsinə görə baş məşqçi dəyişikliyinə gedən “Ümraniyespor” Mustafa Gürselin rəhbərliyi altındakı ilk matçda uduzub.

Qeyd edək ki, "Ümraniyespor" 5 turdan sonra 2 xalla 18 komanda arasında 17-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31