Ölkə futbolu
Dünyada 7,36 milyard dollar, bəs Azərbaycanda? - ARAŞDIRMA
Yay transfer pəncərəsi zamanı klublar transferlərə 7,36 milyard dollar xərcləyiblər ki, bu, dünya rekordudur. Ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 47,2 faiz çoxdur. Görəsən, transferlərə bu qədər fantastik məbləğ xərclənməsi yalnız Səudiyyə Ərəbistanı amili ilə bağlıdır, yoxsa başqa səbəblər də var?
“SERBİYA, MACARISTANDA DA AĞLASIĞMAZ PULLAR ÖDƏNİLİR”
Erkin İbrahimov bunu dünya iqtisadiyyatında qiymətlərin yüksəlməsi ilə əlaqələndirir: “Əlbəttə, Səudiyyə Ərəbistanın da öz rolu var. Dünya iqtisadiyyatına baxanda hər yerdə qiymətlərin yüksəldiyini görürük. Əvvəl getdiyin ölkəyə 4-5 il sonra gedəndə orada eyni qiymətlərin olmadığının şahidi oluruq. Futbol sadəcə cəmiyyətdə baş verən proseslərin güzgüsüdür. Artım 47 faizdirsə, deyə bilərəm ki, burada 27 faiz Səudiyyə Ərəbistanının payına düşür. Serbiya, Macarıstanda da ağlasığmaz pullar ödənilir. Hətta belə ölkələrdə də məvaciblərin statusu qalxır. Aşağı maaş 10 min avrodur”.
Ceyhun Sultanov transfer bazarında rekord qeydə alınmasını ərəblərin xərclədikləri fantastik pullarla əlaqələndirir: “Bu yay transfer məbləğinin çox olmasına səbəb Səudiyyə Ərəbistanı klublarının fantastik qiymətə pul xərcləmisidir. Faizin bu qədər qalxmasına səbəb Ərəbistan amilidir”.
Digər tanınmış menecer Vaqif Heydərli də transfer bazarında qeydə alınan rekordu Səudiyyə Ərəbistanı klublarının etdiyi transferlərlə əlaqələndirir: “Bu qədər artımın təbii və əsas səbəbkarı Səudiyyə Ərəbistanı klublarıdır. Onlar fantastik məbləğə tanınmış, göz önündə olan oyunçuları transfer etdilər. Bu rəqabətə əsasən də qiymətləri qaldırdılar. Oyunçuların transfer məbləğləri və maaşları ötən ilə nisbətdə qalxdı”.
“PREMYER LİQA İŞİNİ MÖHKƏM QURUB”
Həmsöhbətlərimiz Səudiyyə Ərəbistanı liqasını qeyd etsələr də, maraqlıdır ki, transferlərə xərclənən pul baxımından İngiltərə Premyer Liqası 1,98 milyard dollarla birinci yerdədir. İkinci yerdə qərarlaşan Səudiyyə Ərəbistanı klubları isə transferlərə bundan 2 dəfədən də az - 875,4 milyon dollar xərcləyiblər. İngilislərin bu cür fərqlə lider olmasını nə ilə izah etmək olar?
Erkin İbrahimov qeyd edib ki, ingilislərin böyük fərqlə lider olması yayım məsələsinə görədir: “İngiltərə artıq illərdir liderdir. Bu, əlbəttə, televiziya, yayım məsələsinə görədir. Klublar yayım haqqından, televiziyalardan inanılmaz pullar qazanır. Bu da bir qədər kompleks məsələdir. Premyer Liqa işini möhkəm qurub. Komandalar müəyyən mənbələrdən, sponsorlardan pullar alır. 90-cı illərdə ən prestijli klub "Milan" idi. Reallıqda isə hazırda və gələcəkdə də Premyer Liqa şəriksiz liderdir”.
Ceyhun Sultanov da İngiltərə Premyer Liqasının son illər lider olduğunu xatırladıb: “İngiltərə Premyer Liqası illərdir belədir. Onlar həmişə normal olaraq böyük məbləğdə pul xərcləyirlər, futbola yatırım edirlər. Səudiyyə Ərəbistanının bu pulları xərcləməkdə məqsədi öz ölkələrini tanıtmaq, Avropanın azarkeşlərini cəlb etməkdir. Onların çempionatını xərclədikləri pullar diqqət mərkəzində saxlayır. Bu, futbolun inkişafı üçün edilən xərclərdir. Fikrimcə, Səudiyyə Ərəbistanı düzgün addım atıb”.
Vaqif Heydərli İngiltərə klublarının güclü sponsora sahib olduqlarını vurğulayıb: “İngilislər həmişə belədir. Onlar dünyanın ən çox diqqət mərkəzində olan, maraqlı, güclü futbol çempionatlarına sahibdirlər. Güclü sponsorları olan klubları var. Ona görə də fərqlənirlər”.
“AZƏRBAYCANDA ÜMUMİ MƏBLƏĞ 2-3 MİLYON DOLLARI GÜCLƏ KEÇƏR”
Dəqiq rəqəm olmasa da, menecerlər aşağı-yuxarı edilən transferləri, yeni gələn legionerlərin qiymətini bilirlər. Maraqlıdır, Azərbaycan Premyer Liqasında bu yay transferlərə təxminən nə qədər pul xərclənib?
Erkin İbrahimov bildirib ki, Azərbaycan transfer bazarında cəmi 5-10 futbolçunun transferi üçün pul ödənilib: “Əslində transferlərə çox pul xərclənməyib. Cəmi 5-10 futbolçu olub ki, klublar onlara görə transfer haqqı ödəyib. "Sumqayıt", "Sabah", "Neftçi", "Qarabağ" kimi klublar pul ödəyib. Bu cür transferlər azdır. Ümumi məbləğ 2-3 milyon dolları güclə keçər. Maaşlara gəldikdə oturub saymaq lazımdır (gülür) Reallıq belədir ki, Azərbaycanda transferlər də az olur, onlara ödənilən pul da az olur. Avropa ilə müqayisədə bu, o qədər də böyük rəqəm deyil”.
Ceyhun Sultanov dəqiq rəqəm söyləməkdə çətinlik çəkib: “Azərbaycan futbolunda edilən transferlər, hər bir komandanın nə qədər oyunçu gətirdiyini oturub hesablamaq lazımdır. Mən bunu hesablamamışam. Ona görə bu suala dəqiq cavab vermək olmur, dəqiq rəqəm deyə bilməyəcəm”.
Vaqif Heydərli də ödənilən məbləğlərlə bağlı ümumi məlumata malik olmadığını söyləyib: “Bu, bir qədər geniş sualdır. Ona görə də hamısını deyə bilməyəcəm. Ola bilsin ki, şirkət olaraq maliyyə monitorinqi aparılan yerlərdə belə hesabatlar hazırlanır, məndə isə bu barədə məlumat yoxdur”.
“QARABAĞ”, “SABAH”, “NEFTÇİ”YƏ FUTBOLÇU VERƏN ADAMLARIN QAZANCI DA YAXŞI OLUR”
FİFA-nın saytında yer alan digər məlumata görə, yay transfer pəncərəsində menecerlərin qonorarında da rekord qeydə alınıb - 696,6 milyon dollar. Görəsən, Azərbaycanda yay transfer pəncərəsi dövründə menecerlərin qonorarı təxminən nə qədər olub?
Erkin İbrahimov bildirib ki, bəzən gətirdiyi legionerlərə görə komissiya haqqı almır: “Bu, ən çox FIFA-nı narahat edən məsələdir. Hətta Blatterin vaxtında bu bazarı ələ alıb, tənzimləmək istədilər. Ondan sonra bir qədər dəyişiklik oldu, FIFA agentliyi statusu ləğv olundu və ancaq bu il bərpa olundu. Nə qədər ki, futbol, klublar var, vasitəçilər də olacaq. Bu, bazarın qanunudur. Klublar vasitəçi olmadan hərəkət etməyə çalışsa da, bu, mümkün olan iş deyil. Menecerdən menecerə məbləğdə fərq var. Mən ötən mövsüm "Turan Tovuz"a 2 legioner gətirdim, ancaq klubun maddi vəziyyəti bəlli olduğu üçün menecer haqqı almadım. Bu il həmin kluba daha 3 futbolçu verdim, amma bu futbolçulara görə menecer haqqı alacam. "Qarabağ", "Sabah", "Neftçi"yə futbolçu verən adamların qazancı da yaxşı olur. Kim daha çox dəyər verirsə, onunla çalışırsan. Ayxan Abbasovla hələ "Zirə"də işlədiyi vaxtdan çalışıram. Onun zövqünü bilirəm. Rəşad Sadıqovla illərdir dostuq. Onun necə futbolçu istədiyini bilirəm. Bu il "Kəpəz"lə alınıb. "Kəpəz" və "Qarabağ" arasında fərq var. Onlarla işbirliyi alınır”.
Ceyhun Sultanov digər menecerlərin nə qədər oyunçu gətirdiklərindən xəbərsiz olduğunu qeyd edib: “Baxır, hansı agent nə qədər oyunçu gətirir. Digər menecerlərin nə qədər futbolçu gətirdiyindən məlumatlı deyiləm. Onu deyə bilərəm ki, gətirilən legionerə görə aşağı-yuxarı 10 faiz qonorar alırlar”.
Vaqif Heydərli isə qeyd edib ki, bu suala cavab vermək üçün monitorinq aparmaq lazımdır: “Bu suala fərdi cavab vermək olar. Ümumi cavab vermək üçün hansısa şirkət bu barədə monitorinq aparmalıdır. Hər kəs öz maaşını, qonorarını ayrı-ayrılıqda açıqlaya bilər. Bu, hansısa şəxsin, agentin, meneceri biləcəyi məbləğlər deyil”.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
16:51
“Araz-Naxçıvan” “Zirə” ilə oyunda qələbəni əldən verdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
31.10.2026
30.10.2026
29.10.2026
























