7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"ə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

Hakim-inspektorlar üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı Olimpiya Stadionunda hakim-inspektorlara danışılmış oyunlarla bağlı seminar keçirilib.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
 
Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
 
Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31