8 Noyabr 2026, Bazar günü
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Argentinalı hücumçunun “Neftçi”yə keçidinin detalları açıqlanıb

Argentinalı futbolçu Lukas Melanonun “Neftçi”yə keçidinin detalları açıqlanıb.

Futbolxeber.az-ın “semanariodejunin.com.ar” saytına istinadən verdiyi məlumata görə, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 30 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Qeyd edək ki, yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək Lukas Melano daha sonra rəsmi müqaviləyə qol çəkəcək. Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan hücumçu Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30