Ölkə futbolu
İvan Brkiç: “Neftçi”də hücumçu kimi də oynamağa hazıram” (MÜSAHİBƏ)
“Neftçi”nin qapıçısı İvan Brkiçin Futbolxeber.az saytına müsahibəsi
- “Qəbələ” ilə matça ehtiyat oyunçular skamyasından başlasanız da, ikinci hissədə meydana çıxdız. Oyuna sonradan qoşulmaq çətin olmadı?
- Əvvəla onu deyim ki, Rzanın səhv etməyi məni çox məyus etdi. Amma gəncdi, indiki halda biz ona dəstək olmalıyıq. Təcrübəmə görə meydana sonradan daxil olmaq çətin olmadı. Son dəqiqəyə qədər oyuna köklənə bildim.
- “Sabah”la oyundan sonra sosial şəbəkədə hesabında paylaşım edərək Rzaya dəstək olduz. Bu dəfə necə, matç yekunlaşdıqdan sonra Rzaya yaxınlaşıb dəstəyinizi bildirdiz?
- Əlbəttə, oyundan sonra yanına gedib dəstək oldum. Rza çox yaxşı qapıçıdır. Lakin öz üzərində dayanmadan işləməlidi. Ona dedim ki, bu cür hallar mənim də başıma gəlib. Məyus olmasın, tam gücü ilə çalışmalara davam etsin.
- Son 2 turda ehtiyatda qalmağınız sizi narahat etmir?
- Bu qərar mənə təsir etmir. Burada hər kəs "Neftçi" üçün çalışır. Ehtiyatda olmağıma məşqçi qərar verir. Əgər oyunun son 1 dəqiqəsində də şans versələr, meydanda öz oyunumu göstərəcəm. Məşqçi məni hücumçu kimi meydana buraxarsa, hücumda da oynamağa hazıram.
- “Neftçi” çempionatdakı ilk qələbəsini IV turda qazandı. Bu, sizə də qəribə gəlir?
- Təbii ki, çempionata belə başlayacağımızı düşünməzdim. Amma belə alındı. İlk qələbəmizi yalnız “Qəbələ” ilə matçda əldə etdik. Artıq önümüzə baxmalıyıq. Daha da yaxşı çalışmalıyıq.
- Komandanın relsə düşməsi üçün nə qədər vaxt lazımdır?
- Əlbəttə, bizim vaxta ehtiyacımız var. Hər oyun daha da yaxşısını etməyə çalışırıq. Əlimdə hər hansısa sxem və ya formula yoxdur. Komandanın formaya nə vaxt düşəcəyi barədə dəqiq nəsə deyə bilmərəm. Məşqçilər heyəti ilə birlikdə bunun üçün var gücümüzlə çalışırıq. Hər dəfə qalib gələndə özgüvənimiz daha da artır.
- “Qəbələ” ilə Bakıdakı son oyun “Neftçi” üçün acınacaqlı yekunlaşmışdı. Kuboku əldən vermişdi. Bu məqam dünənki matçda motivasiyanızı daha da artırırdı?
- Biz hər oyunda qələbə qazanmaq istəyirik. Kubokun finalında aldığımız məğlubiyyəti xatırlamaq üçün xüsusi səbəbimiz yoxdur. Hər oyunun öz əhəmiyyəti var. Keçmişdəki oyunları düşünmürük.
- Çoxları düşünür ki, bu mövsüm son illərin ən maraqlı və gərgin Azərbaycan çempionatı olacaq. İlk 4 tur proqnozları doğruldur?
- Düşünürəm ki, çempionat daha da maraqlı olacaq. Komandalar çox güclü transferlər ediblər. Bu hal rəqabəti daha da artırır. Ötən ilə nisbətdə daha maraqlı çempionat olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























