22 Yanvar 2026, Cümə axşamı
Zubir: “10 xal inanılmaz göstəricidir”
"Qarabağ"da fantastik qələbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək

Ölkə futbolu

“Rakuv”un futbolçusu: “Qarabağ” “Kopenhagen”dən güclüdür

“Kopenhagen”ə böyük hörmətlə yanaşıram. Amma məncə, “Qarabağ” onlardan güclü komandadır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Fran Tudor UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üstələdikləri “Qarabağ”la pley-offun ilk oyununda 0:1 hesabı ilə məğlub olduqları Danimarka “Kopenhagen”ini müqayisə edərkən deyib.
 
28 yaşlı xorvatiyalı müdafiəçi cavab matçında vəziyyəti xeyirlərinə dəyişəcəklərinə inandığını bildirib: “Kopenhagen”i gözümüzdə həddən artıq çox şişirtmişdik. Buna görə də, istədiyimiz performansı göstərə bilmədik. Ancaq yenə də onlara qalib gəlmək gücündə olduğumuzu hiss etdik. Səfər görüşünə qələbə qazanmaq üçün yollanacağıq”.
 
Qeyd edək ki, “Rakuv” və “Kopenhagen” arasında cavab qarşılaşması avqustun 30-da Danimarkada baş tutacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31