24 Yanvar 2026, Şənbə
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi
"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Ölkə futbolu

Araz Abdullayev Kosovo klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni klubu müəyyənləşib.

Futbikxeber.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.

A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.

Qeyd edək ki, hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.

Xatırladaq ki, A.Abdullayev bunadək Azərbaycanda “Neftçi”,  “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”, xaricdə isə “Panionios” (Yunanıstan), “Anortosis” (Kipr), “Boluspor” (Türkiyə) və “Etnikos” (Kipr) klublarında oynayıb.

Onun son klubu 2021/22 mövsümündə "Sumqayıt" olub. A.Abdullayev ötən mövsüm heç bir klubda olmadığından rəsmi oyunlarda iştirak etməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31