19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Ölkə futbolu

“Zirə” tarixinin ən uğurlu startı

"Zirə" Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu startına imza atıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, komanda 2023/2024 mövsümünə iki “quru” hesablı qələbə ilə başlayıb.
 
Rəşad Sadıqovun yetirmələri ardıcıl olaraq “Qarabağ” və “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
 
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki “quru” hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.
 
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu başlanğıc ediblər.
 
Qeyd edək ki, cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda "quru" hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa III turda çıxacaqlar.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31