Ölkə futbolu
Qurban Qurbanov: “Biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər”
"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun oldu. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Layiqincə yerinə yetirdilər".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 3:0 hesablı qələbəni belə şərh edib: "Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. Qarşıdakı günlərdə, oyunlarda idman formalarını geri qaytaracaqlar. "Turan Tovuz"un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı oldu".
Q.Qurbanov "Turan Tovuz"la oyunun təxirə salınması ilə bağlı PFL-ə müraciət etmədiklərini söyləyib: "Hava isti idi, futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik. Məncə, müraciət etsəydik, yox deməzdilər. Xeyirlisi".
Təcrübəli mütəxəssis Avropa Liqasındakı rəqibləri Fİnlandiya HİK-i ilə qarşıdakı oyunla bağlı da danışıb: "Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. HİK yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. HİK-i Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla HİK-ə qarşı Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, rəqib sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq".
Qurbanov HİK-lə cavab görüşünün süni örtüklü meydanda keçiriləcəyinə də toxunub: "Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























