Ölkə futbolu
“Sumqayıt”ın kapitanı: “Gedə bildiyimiz yerə qədər gedəcəyik”
“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Futbolxeber.az saytına müsahibə verib.
- Mövsümə əla start verdiz. “Səbail” üzərində qazanılan qələbəni (4:1) necə şərh edərdiz?
- Yeni mövsümün ilk oyunu idi. İstəyirdik ki, çempionata yaxşı başlayaq. Şükürlər olsun ki, qələbə qazandıq. Mövsümə 3 xalla start vermək bizim üçün çox vacib idi. İnanıram ki, getdikcə daha da yaxşı çıxış edəcəyik.
- Komandadan bu cür oyun gözləyirdiz? Etiraf edək ki, matçdan əvvəl “Səbail” daha şanslı hesab olunurdu...
- Bəli, razıyam. Hazırlıq dönəmində az oyun keçirmişdik. Ola bilər digər komandalar bu baxımdan bizdən üstündülər. Üstəlik, səfərdə oynayırdıq. Meydançanın durumu da ağır idi. Lakin qələbəyə inanırdıq. Bilirdik ki, istəsək, mübarizə aparsaq, 3 xal bizim olacaq.
- Razısan ki, oyunun taleyini vurduğunuz ikinci qol həll etdi?
- Ola bilər. Rəqib hesabı bərabərləşdirdikdən sonra biz ikinci qolu tez vurduq. Daha doğrusu, lazımi anda fərqləndik. Bundan sonra daha inamlı təsir bağışladıq. Rəqib də arxa xətdə daha çox boşluqlar verməyə başladı.
- Keçən mövsümlə müqayisə etsək, “Sumqayıt” nə dərəcədə dəyişib?
- Dəyişikliklər çox olub. Xeyli futbolçu komandadan getdi, onların əvəzinə yeniləri gəldi. Bəzi futbolçular komandaya yeni qoşulublar. Elələri var ki, cəmi 10 gündü bizimlə birgədilər. Hiss edirəm ki, komandaya artıq uyğunlaşırlar. Adaptasiya prosesini tam başa çatdırdıqdan sonra daha yaxşı çıxış edəcəyimizi düşünürəm.
- Samir Abasov mətbuat konfransında qeyd etdi ki, yeni transferlərin bəziləri fiziki cəhətdən tam hazır deyillər və buna görə də matçın gedişində Vüqar Mustafayev, Səbuhi Abdullazadə bəzən onların da yerinə qaçmalı olurlar...
- Dediyim kimi, legionerlərin eləsi var ki, 10 gündü komandaya qoşulub, eləsi var 2 həftə. Ona görə də bir qədər vaxt lazımdı. Üstəlik, Türkiyədə hazırlıq dövründə xəstəliklər oldu, müəyyən problemlərlə qarşılaşdıq. Şükür Allaha ki, hamı çətinliklərin öhdəsindən gəldi.
- Cari mövsüm “Sumqayıt”ın hədəfi nədi?
- Hələ ki qarşımıza konkret hədəf qoyulmayıb. Çempionat yeni başlayıb. Bizi qarşıda çox ağır mövsüm gözləyir. Gedə bildiyimiz yerə qədər gedəcəyik. Bunun üçün çalışacağıq. İstəyirik ki, ötən mövsümdən fərqli olaraq bu il daha yaxşı çıxış edək. Əlimizdən gələni edəcəyik.
- Növbəti turda qarşılaşacağınız “Sabah” həftə arası avrokubok oyununa çıxacaq. Bu məqam “Sumqayıt”ın lehinədi, ya əleyhinə?
- İndidən bunu demək çətindi. UEFA Konfrans Liqasında çıxış etdiyi üçün “Sabah” daha hazırlıqlıdı. Üstəlik, onların heyətləri genişdi. Amma biz də evdə oynayacağıq, öz azarkeşlərimiz qarşısında. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Məncə, bacararıq.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

