Ölkə futbolu
“Avrokuboklara şans həmişə var”
"Səbail"in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.
Artıq bu gün “Səbail” yeni mövsümdə ilk matçına çıxacaq. Komandanızın yeni mövsüm üçün hədəfləri nədir?
- Əvvəla bütün futbol azarkeşlərini, futbol ictimaiyyətini, futbolçuları, məşqçiləri, texniki işçiləri, idarə heyətini təbrik edirəm və hər birinə uğurlar arzulayıram. Düşünürəm ki, bu mövsüm gözəl bir çempionat olacaq. Görünən odur ki, komandaların hər biri güclənib. Bu baxımdan rəqabət dolu bir çempionat gözləyirəm. Hədəflər əvvəldən açıqlanıb. İlk hədəf altılığa düşmək və bundan sonra vəziyyətə əsasən addımlamaqdır.
- “Səbail” yay fasiləsində yeni mövsümə lazımi dərəcədə hazırlaşa bilib?
- Yay fasiləsində hazırlığımız rəhbərlik tərəfindən yüksək səviyyədə təşkil edildi. İstədiklərimizi ala bildik. Həm təlim-məşq toplanışının keyfiyyəti, həm də yeni futbolçuların komandaya adaptasiya olması üçün yaxşı imkan əldə etdik.
- Bu gün “Sumqayıt”ı qəbul edəcəksiniz. Komanda nə dərəcədə ilk matça hazırdır?
- İlk oyun hamı üçün çətindir. "Sumqayıt" izləmişik, təhlil etmişik. Yaxşı məşqçi və sistemə malik bir təşkilatlanmış komandadır. Bizi çətin bir oyun gözləyir. Hazırlıq dövrü ilə çempionat müddəti arasında xeyli fərqlər var. Komandanın nə qədər hazır olduğunu demək olmaz.
- Yay transfer pəncərəsi zamanı 7 legionerlə gücləndiz. Onların sənədləşməsi ilə bağlı hər hansı bir problem yoxdu? Onlara bugünkü matçda şans verəcəksinizmi?
- Bəli, 7 legionerimiz var. Onlardan yalnız biri Adi Mehremiç komandaya bir qədər gec qoşulub. Qalanları bizlə birlikdə ilk gündən təlim-məşq toplantısında iştirak edib. Bu baxımdan ola bilər ki, Mehremiç müəyyən müddət əsas heyətdən kənarda qalıb, öz zamanını gözləsin.
- Ümumiyyətlə, geridə qalan müddətdə yeni transferlər sizi qane edir?
- Əlbəttə, yeni transferləri məni qane edir. Bu məsələlərdə həssasıq. Legionerlərin nə qədər yaxşı olub-olmaması hələ ki, qaranlıqdır. Çünki müəyyən müddət iş başında görməyənə kimi əmin olmursan. Ona görə cəlb etdiyimiz oyunçular arasında uğursuz çıxış edənlər də ola bilər. Əgər yeni legionerin 20-30 faizi zəif çıxış edərsə, bu, nisbətdə yaxşı olar. Amma yeni transferlərin 50 faizdən çoxu müsbət nəticə verməzsə, artıq bu, uğursuz seçim olacaq. Biz buna həssas yanaşırıq. Yenə də onlar güvənirəm və bütün komandaya uğurlar arzu edirəm.
- Azarkeşlər bu mövsüm daha güclü “Səbail” görə biləcəklər?
- Bu mövsüm ötən il yaşadıqlarımızın təkrarlanmasını istəmirik. Çalışacağıq ki, azarkeşlər daha güclü "Səbail" görsünlər.
- Avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Avrokuboklara şans həmişə var. Bayaq dediyim kimi, çətin mövsüm olacaq, güclü komandalara qarşı oynayacağıq. İstək var, ancaq reallıq buna nə dərəcədə imkan verir, bunu zaman göstərəcək.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























