Ölkə futbolu
“Rakuv”un baş məşqçisi: “Bakıya qələbə üçün gəlmişik”
"Bu gün burada olmağımıza görə şadıq. Bu, iki eyni gücə malik komandanın qarşıdurmasıdır. Həm “Qarabağ”, həm də “Rakuv” özünəməxsus oyun stilinə malikdir”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Rakov”un baş məşqçisi David Şvarqa sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri qarşılaşma barədə danışarkən deyib.
32 yaşlı məşqçi oyunöncəsi mətbuat konfransında sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib: “İlk matçda “Qarabağ”ı daha yaxından tanıdıq. Rəqibin potensialını bildik. Cavab görüşünə yetərincə hazırlaşmışıq və sabah "Rakuv"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik".
O, Bakıya qələbə üçün gəldiklərini söyləyib: “Əlbəttə ki, Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır. Təbii ki, ilk matça bir qol fərqi ilə qalib gəlmişik. Amma sabahkı matçda da qələbə qazanmağa çalışacağıq”.
O, oyunsonrası penaltilər seriyasına hazırlaşmaları barədə sualı belə cavablandırıb: “Çempionlar Liqasındanın bütün mərhələlərində olduğu kimi, sabahkı matç üçün penaltilər seriyasına hazırlaşırıq. Sabahkı oyunun gedişatı bunu göstərəcək. Biz ümumiyyətlə, bu cür matçlara kompleksli yanaşırıq. Təbii ki, penaltilərə də hazırlaşırıq. Qapıçımızdan çox şey asılıdır”.
Şvarqa ilk oyundan sonra səsləndirdiyi “Üzümü turşudub "Qarabağ"a tərəf baxırdım ki, onları qorxudum" fikrinə belə münasibət bildirib: “Bu, mənim sifətimdir. Mən heç kimi qorxutmağa çalışmamışdım”.
“Rakuv”un çalışdırıcısı “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvə yol verməsinin onlar üçün psixoloji üstünlük olub-olmaması barədə da danışıb: “Bu, bizimlə əlaqəli deyil. Bizim üçün problem yoxdu. İstənilən halda, oyuna hazırlaşırıq. Əlbəttə ki, hər bir matça hazırlaşanda rəqibin zəif nöqtələrini özümüz üçün qeyd edirik. Amma yenə də, əsas diqqətimizi buna yox, öz oyunumuza yönəldirik”.
Polşalı məşqçi ötən il “Qarabağ” digər Polşa təmsilçisi “Lex”ə qarşı keçirdiyi matçı izlədiyini qeyd edib: “Qarabağ”ın digər oyunlarını da analiz etmişik, o cümlədən də keçənilki “Lex”lə matçı. Lakin "Lex"in keçən ildəki vəziyyətinə də diqqət yetirmək lazımdır. "Lex" və "Rakov" tam fərqli, gücə, oyun stilinə malikdirlər. Sabahkı matçda bu kimi məsələ bizim oyunumuza təsir göstərməyəcək”.
O, rəqibi analiz edərkən hansı məqamlara daha çox diqqət ayırması barədə danışmaq istəməyib: “Oyundan öncə bu analizləri açıqlamaq düzgün olmazdı. Bu barədə məlumat vermək istəməzdim. Biz hər gün hazırlaşırıq və düşünmürəm ki, fiziki cəhətdən hansısa çatışmazlığımız olsun. Bu baxımdan problem yaşanmamalıdır”.
Şvarqe təzyiq altında oynamağa öyrəşdiklərini söyləyib: “Keçən il "Slaviya" ilə oyundan öncə də təzyiq var idi. Bu cür çətin oyunları daha əvvəl də oynamışıq. Belə matçların necə alındığını bilirik. Təzyiqə də hazırıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























